Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Şirvani Ədilli

  • Ana Səhifə
  • Vikipediya
  • Şirvani Ədilli

Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı.

Şirvani Ədilli
Şirvani Kamil oğlu Ədilli
Doğum tarixi 17 sentyabr 1978 (47 yaş)
Doğum yeri Şıxbabalı, Ağdam rayonu
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti şair

Mündəricat

Həyatı

17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Yaradıcılığı

Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub.

Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub. 2008-ci ildən mətbuat səhifələrində mütəmadi olaraq elmi-publisistik məqalələrlə çıxış edir. "Borc" adlı ilk novellası "Təzadlar" qəzetində (12–22.02.2011) nəşr olunub.

Bədii yaradıcılıqla yanaşı şeir formalarının, həmçinin milli-ideoloji məsələlərin tədqiqi ilə müstəqil surətdə məşğul olur. Əruz haqqında araşdırmaları ədəbi mühitin diqqətini cəlb edib. Əruz vəzninin yaranması və türk dilinə uyğunluğu məsələsində ənənəvi baxışlardan fərqli baxış irəli sürüb. Bu vəznin daha asan öyrənilməsi üçün ilk dəfə cəmi iki səsli ünsürdən ibarət sadələşdirilmiş əruz qəliblərini tərtib edib. Azərbaycan sərbəst şeirinin ilk dəfə geniş nəzəriyyəsini işləyib. Heca vəzninin bölgü məsələsində yeni baxış irəli sürüb, qafiyə haqqında köklü araşdırması var.

Kitabları

  1. Mənim odlar diyarım. Şeirlər. Bakı, "Adiloğlu", 2011. 112 səh. –
  2. Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı, "Adiloğlu", 2011. 52 səh. –
  3. Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Bakı, "Elm və təhsil", 2013. 288 səh. –
  4. Azərbaycan şeirində forma məsələləri. Bakı, "Elm və təhsil", 2014. 144 səh. –
  5. Tək vətən sevgisi bəsdir. Şeirlər, hekayələr, məqalələr. Bakı, "Elm və təhsil", 2022. 304 səh. –

Həmçinin bax

  • Əruz
  • Heca vəzni
  • Sərbəst şeir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirvani Ədilli haqqında məlumat. Şirvani Ədilli nədir? Şirvani Ədilli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alim Məmmədov

  • Fevral 28, 2026

    Edqar Deqa

  • Fevral 26, 2026

    Anatomiya

  • Fevral 27, 2026

    Şamaxı quberniyası

  • Fevral 27, 2026

    Dərəkənd

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst