Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəfa stadionu, indiki rəsmi adı ilə ASK Arena və ya keçmiş adı ilə İnter Arena — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti

ASK Arena

  • Ana Səhifə
  • Vikipediya
  • ASK Arena

Şəfa stadionu, indiki rəsmi adı ilə ASK Arena və ya keçmiş adı ilə İnter Arena — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Azarkeş tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir.

ASK Arena
Xəritə
Tam adı ASK Arena
Keçmiş adı Şəfa stadionu, İnter Arena
Yeri Bakı, Azərbaycan
Təməli qoyulub 2000
Tikilib 2000-2001
Açılış tarixi 2001
Sahibi "Azərbaycan Sənaye Korporasiyası" ASC
Tamaşaçı tutumu 8125
Ev sahibi komanda İrəvən Fk
Ot örtüyü süni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnşası

Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" (hazırkı "Şamaxı") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib. 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.

Tədbirlər

ASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.

Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ASK Arena haqqında məlumat. ASK Arena nədir? ASK Arena nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ləqəb

  • Fevral 27, 2026

    Trabzon vilayəti

  • Fevral 27, 2026

    Eyc (hərf)

  • Fevral 26, 2026

    Reykyavik

  • Fevral 27, 2026

    Bacəlan dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst