Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nodar Şaşıqoğlu (13 mart 1927, Batum – 12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının akty

Nodar Şaşıqoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Nodar Şaşıqoğlu

Nodar Şaşıqoğlu (13 mart 1927, Batum – 12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan SSR xalq artisti.

Nodar Şaşıqoğlu
Nodar İzzətoviç Şaşıqoğlu
Doğum tarixi 13 mart 1927
Doğum yeri Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 12 aprel 2013 (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1950–2013
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1962
"Şöhrət" ordeni — 20072007
IMDb ID1138094

Mündəricat

Həyatı

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.

Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.

Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkmişdir.

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A. S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc", Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb.

2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A. P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.

12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1962
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
  • "Şöhrət" ordeni — 12 mart 2007

Filmoqrafiya

  • Onun böyük ürəyi (film, 1958)
  • Uzaq sahillərdə (film, 1958)
  • Əsl dost (film, 1959)
  • Matteo Falkone (film, 1960)
  • Səhər (film, 1960)
  • Bizim küçə (film, 1961)
  • Leyli və Məcnun (film, 1961)
  • Telefonçu qız (film, 1962)
  • De ki, məni sevirsən! (film, 1977)
  • Sevinc buxtası (film, 1977)
  • Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz… (film, 2013)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nodar Şaşıqoğlu haqqında məlumat. Nodar Şaşıqoğlu nədir? Nodar Şaşıqoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Juniperus blancoi

  • Fevral 27, 2026

    Hörümçəklər

  • Fevral 27, 2026

    Huqo Kapet

  • Fevral 27, 2026

    Təkfur

  • Fevral 27, 2026

    İmpuls

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst