Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayakuço döyüşü (ispanca.: Batalla de Ayacucho, IPA: [baˈtaʎa ðe aʝaˈkutʃo]) — Perunun İspaniya ağalığından xilas olmaq uğrunda apardığı azadlıq mücadiləsindəki

Ayakuço döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Ayakuço döyüşü

Ayakuço döyüşü (ispanca.: Batalla de Ayacucho, IPA: [baˈtaʎa ðe aʝaˈkutʃo]) — Perunun İspaniya ağalığından xilas olmaq uğrunda apardığı azadlıq mücadiləsindəki döyüşlərdən biri. Döyüş peruluların qələbəsi, İspaniyanın məğlubiyyəti ilə nəticələnmişdir.

Ayakuço döyüşü
Tarix 9 dekabr 1824
Yeri
  • Ayakuço
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Ayakuço döyüşü — 9 dekabr 1824-cü il


    Döyüşdən əvvəl

    1824-cü ilin sonunda royalistlər, yəni İspaniya kralının tərəfdarları hələ də Perunun böyük bir hissəsini və Kalyao limanındakı kral qalasını əlində saxlamaqla, üsyançıları ciddi təhlükə altında saxlayırdı. Royalistlərə vitse-kral Xose de la Serna, azadlıq savaşçılarına isə Simon Bolivar və Antonio Xose Fransisko de Sukre başçılıq edirdi. Perululara bu mübarizədə argentinalı, kolumbiyalı, venesuelalı və çilili üsyançı qonşular da dəstək vermişdi.

    Döyüş

    9 dekabr 1824-cü ildə cənubi amerikalılarla İspaniya əsgərləri Ayakuço adlı yerdə qarşı-qarşıya gəldi. 8500 üsyançı 9310 nəfərlik qoşuna qarşı vuruşmalı olmuşdu. Ancaq royalistlərin nisbi üstünlüyünə baxmayaraq, onlardan 1800-ü öldürülmüş, 700-ü yaralanmışdı. Üsyançılar isə 370 nəfər itki vermişdi. Güclü düşmən qarşısında qorxmadan vuruşan cəsur azadlıqsevərlər Ayakuço döyüşündə zəfər çalmışdı. Bu qələbə vitse-kral Xose de la Sernanı Perunun müstəqilliyini tanıyacaq təslimçi müqavilə imzalamağa vadar etmişdi. Qələbənin qazanılmasında döyüşçülərin azadlıq istəyi ilə bərabər Sukre və Bolivarın təbii şəraiti nəzərə almaqla seçdikləri düzgün döyüş taktikası mühüm rol oynadı.

    Nəticə

    Ayakuço döyüşü Latın Amerikasının tarixi inkişafına həlledici təsir göstərdi. Royalistlərə vurulan bu ciddi zərbə nəticəsində Amerikadakı ispan koloniyalarının müstəqillik uğrunda mübarizəsi uğurla başa çatdı. Ən əsası o idi ki, artıq İspaniya Cənubi Amerikadakı dayaqlarını itirərək, müstəmləkələrindən məhrum oldu. Hal-hazırda Peru ordusu bu döyüşün ildönümlərini rəsmi şəkildə qeyd etməkdədir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayakuço döyüşü haqqında məlumat. Ayakuço döyüşü nədir? Ayakuço döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      İrşad (qəzet)

    • Fevral 27, 2026

      Ginkgophyta

    • Fevral 27, 2026

      Yohannes Ştark

    • Fevral 27, 2026

      Əkka

    • Fevral 27, 2026

      Avromeydan

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst