Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jorj Sand (1 iyul 1804[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğ

Jorj Sand

  • Ana Səhifə
  • Vikipediya
  • Jorj Sand

Jorj Sand (1 iyul 1804[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır.

Jorj Sand
fr. George Sand
Doğum adı Amantine Aurore Lucile Dupin
Təxəllüsü George Sand
Doğum tarixi 1 iyul 1804(1804-07-01)[…]
Vəfat tarixi 8 iyun 1876(1876-06-08)[…] (71 yaşında)
Vəfat yeri
  • Noan-Vik[d], Endr[…]
Vəfat səbəbi Bağırsaq keçməzliyi
Dəfn yeri
  • Noan-Vik[d]
Fəaliyyəti yazıçı, jurnalist, sahibə[d], dramaturq, romançı, gündəlik yazıçısı[d], qadın hüquqları fəalı[d], librettoçu, bəstəkar, müəllif
Əsərlərinin dili fransız dili
İstiqamət romantizm
İmza
Vikimənbənin loqosu Jorj Sand Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aurore Dupinin ulu babası Saksoniyalı Moris idi. 1695-ci ildə qardaşının ölüm səbəbini araşdırarkən Hannover Seçkiçisinin əmri ilə öldürülən Filipp fon Köniqsmarkın bacısı Marie Aurore fon Köniqsmarck (1662–1728), Saksoniya Seçkiçi, gələcək Polşa kralı Güclü Avqustla görüşdü və onun məşuqəsi oldu. 1696-cı ildə o, Moris adlı bir oğlu dünyaya gətirdi; sevgililər uşaq doğulmamışdan əvvəl ayrıldılar. Marie Aurore Quedlinburg Abbeyində məskunlaşdı və orada məşhur bir ictimai salon yaratdı.Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir.

1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır. Sonra o, "Valentina" (1832) və "Konsuelo" (1842) əsərlərini yazmışdır. Parisdəki evində Jorj Sand dahi yazıçılarla görüşürdü. Onun yaxın dostları Alfred de Müsse, Henrix Heyne, Onore de Balzak, İvan Turgenev və müğənni Polina Viardo olmuşlar.

Jorj Sand romanlarla yanaşı bir neçə nağıl, povest də yazmışdır. XIX əsrdə yazıb-yaradan yerli yazıçılarda olduğu kimi, onun yaradıcılığında da Fransanın adət-ənənələri, milli ədəbiyyatı haqqında əsərlər vardır.

Uşaqlar üçün J. Sand "Nənəmin nağılları" (1873), "Mələyin tozu", "Güllər nədən danışır?" və s. nağıllar yazmışdır. Bu nağılları əsasən öz nəvələri üçün yazmışdır. Nağılların süjetini o, xalqın içərisindən götürürdü. Nağıllarda pedaqoji tərbiyəyə də üstünlük verirdi. Bu nağıllarda o, insanın insana hörmətini, kiçiklərin böyüklərə hörmətini, xeyri şərdən ayırmağı canlandırmağa çalışmışdır. Jorj Sand 1876-cı ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jorj Sand haqqında məlumat. Jorj Sand nədir? Jorj Sand nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leypsiq Universiteti

  • Fevral 27, 2026

    Ağa Əliyev

  • Fevral 23, 2026

    17 avqust

  • Fevral 27, 2026

    Şəkərqamışı

  • Fevral 27, 2026

    Madaylar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst