Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada, Panama bərzəxində dövlətdir. Qərbdə - Kosta-Rika ilə həmsərhəddi

Panama

  • Ana Səhifə
  • Vikipediya
  • Panama

Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada, Panama bərzəxində dövlətdir. Qərbdə - Kosta-Rika ilə həmsərhəddir (sərhəddin uzunluğu 330 km), şərqdə - Kolumbiya ilə (225 km) sərhədlənir. Ölkə cənubda Sakit okean, şimalda Karib dənizi ilə əhatələnir. Sərhədlərin ümum uzunluğu 555 km-dir, sahil xəttinin uzunluğu 2490 km, ölkənin ümumi sahəsi 77 min km2-dir (qurunu sahəsi 76990 km2). Panamaya 1600-dən çox kiçik ada (o cümlədən 1000-dək Sakit okeanda) məxsusdur. Əhalisi -3,1 mln. nəfər, paytaxtı isə Panama şəhəridir. Panama inzibati cəhətdən 9 əyalətə bölünür. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir.

Panama Respublikası
República de Panamá
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Pro Mundi Beneficio (latın "sülh naminə")
Himn: Himno Istmeño
Tarixi
 • Kolumbiyadan ayrıldı 3 noyabr 1903
Rəsmi dili ispan
Paytaxt Panama
8°58′ şm. e. 79°32′ q. u.HGYO
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Prezident Respublikası
Prezident José Raúl Mulino
Sahəsi Dünyada 116-cı
 • Ümumi 78200 km²
 • Su sahəsi (%) 2,9
Əhalisi
 • Əhali (2013) 3 689 293 nəfər (132-ci)
 • Siyahıyaalma (2013) 3 661 868 nəf.
 • Sıxlıq 44,5 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2011) 29,799 dollar  (90-cı)
 • Adambaşına 13416 dollar
İİİ (2013) 0.765
Valyuta Balboa ; ABŞ dolları ((PAB 590); (USD 840))
İnternet domeni .pa
ISO kodu PA
Telefon kodu 507
Saat qurşaqları -5
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Panama

Mündəricat

Əsas məlumatlar

Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir.

  • Dövlət quruluşu - Demokratik Respublika.
  • Dövlət və hakimiyyət başçısı - Prezident.
  • Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər.
  • Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan. Əsasən Amerika dolları istifadə olunur. 2010-cu ildə 1,7 milyon turist Panamanı ziyarət edib. Bu 2009-la müqaisədə 12% çoxdur.
  • Əhali sayı-3 700 min( 2015-ci il, təxmini);sıxlıqı-47 nəfər/km²
  • Etnik tərkib: Metis (Mestizo) -70%, qara dərili, mulat, sambo-14%, ağ dərili-10%, hindu-6%.
  • Doğum-20,18 ‰(dünyada 96-ci yer, ölüm 4,66 ‰ (dünyada 196-cı yer).
  • Əhalinin dili- İspan dili(rəsmi dil), İngilis(14%),fransız(18%).Panamalıların çoxu bir neçə dil bilir.
  • Dini: Katolik 85%, Protestant 15%.
  • Paytaxtı- Panama-siti şəhəri- 1 638 min sakin.

Əhali

Panamanın yerli əhalisi hinduları ölkənin şimal- şərq sahilləri, meşəlik və dağ rayonlarında yaşayırlar. Başqa ölkələrdən gəlmələr çoxdur. Əhalinin əksəriyyəti (70%) metislərdir, 14%-i vest-hindular 10%-i avropalılar, 6%-i hindular təşkil edir. Dövlət dili ispan dilidir. Hindular öz dillərini də saxlayırlar. Dindarları katoilk (90%), bir qismi protestantlardır (6%). Əhali ölkədə qeyri-bərabər yerləşmişlər. Əhalinin orta sıxlığı 1 km2-də 36 nəfərdir. Panama şəhəri və Kolon şəhəri rayonlarında (bu yerlərdən Panama kanalı keçir) əhalinin yarıdan çoxu yaşayır. Panama kanalından qərbdə kənd rayonları yerləşir və burada kiçik yaşayış məntəqələri (hərəsində 50 nəfər və s.) yerləşir. Hər 1000 nəfərə görə doğulanların sayı 24 nəfər, ölənlərin sayı 5 nəfər, təbii artım isə 19 nəfər təşkil edir. Orta həyat ömrü kişilər - 72 yaş, qadınlar – 78 yaşdır. Əhalinin 50%-i şəhərlərdə yaşayır. Ən böyük şəhəri onun paytaxtı - Panama şəhəridir. İkinci böyük şəhəri - Karib dənizinin sahilində Kolon şəhəridir. Onun əhalisi 200 min nəfərə çatır.

Coğrafiyası

  • Panamanın ərazisi Mərkəzi Amerikanın ən dar hissəsindədir (eni 48-200 km). Sahilləri əsasən düzənlikdir. Tez-tez zəlzələ olur, vulkanlar püskürür. Panamada bir çox faydalı qazıntı yataqları aşkar edilmişdir. Mis, qızıl, gümüş, qalay, sink, boksit, asbest, manqan, tikinti materialları yataqları vardır.

İqlim

  • Panamanın iqlimi subekvatorial, isti və rütubətlidir. Orta aylıq temperatur 25- 28°S-dir. İllik yağıntı 2000-3700 mm. Karib dənizi sahilində tropik selvada yağıntı il boyu düşür. Sıx çay şəbəkəsi var. Panamanın şərq hissəsi və sahili rütubətli tropik meşələrlə - selva ilə örtülüdür. Ölkədə çoxlu qiymətli ağac növləri vardır: bakayt ağacı, yaxud quayakan və b. Panamanın bitki dünyasının gözəl bəzəyi - arxideylərdir (300 növ). Panamanın çətin keçilən rayonlarında hələ yaquarlar, pumalar, otselotlar qalmaqdadırlar. Burada zirehhdaşıyanlar, tapirlər, meymunlar vardır. Dağ meşə massivlərində marallar və pekarilər yaşayırlar. Quşların 850 növü mövcuddur. Çoxlu ilanlar, əqrəblər, müxtəlif həşəratlar var

Tarixi

İndiki Panama ərazisi azsaylı hindu qəbilələri Kuna, Çoko, Quayaminin yerləşdiyi ərazidir. Cənubunda Kokle mədəniyyəti yaranmışdır. Dəmir alətlər və keramit istehsal edirdilər. Panamalıların Avropa ilə ilk tanışlığı 1501-ci ilə təsadüf edir. Bu ispan Radriqo de Batistasın vasitəsilə olmuşdur. 1502-ci ildə Xristofor Kolumb "yeni dünya"ya 4-cü səyahəti vaxtı Panamanın şərq sahillərini tədqiq etmişdir. Mingünlük müharibədən sonra müstəqil respublika elan edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Panama haqqında məlumat. Panama nədir? Panama nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    27 fevral

  • Fevral 10, 2026

    Vikipediya

  • Fevral 23, 2026

    10 iyul

  • Fevral 24, 2026

    Məlikyeqanovlar

  • Fevral 23, 2026

    Genetika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst