Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar

Elizabet Olsen

  • Ana Səhifə
  • Vikipediya
  • Elizabet Olsen

Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur.

Elizabet Olsen
Doğum adı Elizabeth Chase Olsen
Doğum tarixi 16 fevral 1989(1989-02-16)[…] (37 yaş)
Doğum yeri
  • Şerman Ouks[d], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Fəaliyyəti kino aktrisası, televiziya aktrisası, aktrisa
Fəaliyyət illəri 1993-cü ildən
Təhsili
  • Nyu-York Universiteti Tiş İncəsənət Məktəbi[d],
  • Kampbell-Holl məktəbi[d],
  • Los-Anceles Dairəsi İncəsənət Liseyi[d],
  • Moskva İncəsənət Teatr Məktəbi[d]
Boyu 168 sm
Mükafatları +
IMDb ID0647634
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri və təhsili

Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var.

Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür. 1994-cü ildə "Qərb necə əyləncəli oldu" və "Meri-Keyt & Eşlinin macəraları" videolarında kiçik rollar almışdır. Bundan sonra müxtəlif layihələrə qatılmışdır.

Bağçadan sonra Şimali Hollivudda yerləşən Kampbell Holl məktəbində 12 il oxumuşdur. Məktəbi bitirdikdən sonra Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə qədəm qoymuşdur. 2009-cu ildə Moskvada semester təhsili almışdır.

Karyerası

Toronto Film Festivalında.

Elizabet Olsen 4 yaşında ikən bacıların layihələrində çəkilmişdir. "Cəsus uşaqlar" filmində isə çəkilməyə namizəd olmuşdur.

2011-ci ildə çəkildiyi "Marta, Mersi Mey, Merlin" filmindəki rolu böyük alqış toplamışdır. Bu filmdə sayıqlamalardan əziyyət çəkən Marta rolunu oynadığı üçün bir neçə mükafata layiq görülmüşdür. Bundan sonra "Səssiz ev" triller filmində yer almışdır. Burada Sara obrazını canlandıran Olsenin performansı yenə yüksək qiymətləndirilmişdir. Elizabet Olsen Karlottanın "Kraliça" musiqili videosunda da yer almışdır. Olsen 2011-ci ilin ortalarında "Qırmızı işıqlar" filmində çəkilmişdir. Bu filmə ilk baxış 13 iyul 2012-ci ildə baş tutmuşdur. 2012-ci ilin 22 yanvarında tamamlanan "Humanitar elmlər" filminin baş rollarının birində oynamışdır. 2013-cü il istehsalı "Çox yaxşı qızlar" filmində Dakota Fenninq ilə birlikdə baş rolda oynamışdır.

2013-cü ildə Elizabet Olsen BAFTA Yüksələn Ulduz mükafatı laureatı olmuşdur. 2013-cü ildə ABŞ-Koreya istehsalı "Oldboy" filmində gənc biznesmen Mariya rolunda oynamışdır. "Əzizlərini öldür" filmində Edi Parker rolunu canlandırmışdır.

2014-cü ildə Elizabet Olsen Aron-Teylor Censon və Brayan Kranstonun da baş rolda olduğu "" filmində çəkilmişdir. 2015-ci ildə isə "Qisaçılar: Altron dövrü" komiks-fantastika filmində Qırmızı cadugər rolunu ifa etmişdir. Bundan əvvəl "Kapitan Amerika: Qış əsgəri" filminin ən son səhnəsində də bu rolu oynamışdır. Bu iki filmdə "Qodzilla" filmində də birlikdə işlədiyi Aron-Teylor Censon də çəkilmişdir. Elizabet Olsen 2016-ci ildə "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində yenə öz rolunu oynamışdır.

2014-cü ilin sentyabrında Elizabet Olsenin 2015-ci ildə tamamlanan və Mark Abrahamın rejissoru olduğu "Mən işıq gördüm" filmində Henk Vilyamsın həyat yoldaşı Odri Vilyamsı canlandıracağı açıqlanmışdır. Henk Vilyams rolunda isə Tom Hidlston çıxış etmişdir.

2016-cı ilin yanvarında Olsen Ceremi Renner ilə birlikdə Teylor Şeridanın rejissor kimi debüt filmi olan Külək çayı filmində oynayacağını açıqlamışdır.

Şəxsi həyatı

Olsen Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə və Atlantik Teatr Cəmiyyətinə qatılmışdır və 2013-cü ilin martında 6 illik təhsildən sonra məzun olmuşdur. Bacılarının yaratdığı "Elizabet və Ceyms" geyim brendi onun və böyük qardaşının adını daşıyır.

ELizabet Olsenin 2014-cü ilin martında "Çox yaxşı qızlar" filminin çəkilişləri zamanı — 2012-ci ilin sentyabrında tanış olduğu aktyor Boyd Holbruk ilə nişanlanmışdır. 2015-ci ilin yanvarında onların nişanı ləğv olmuş və onlar ayrılmışdırlar.

Olsen özünün ateist olduğunu açıqlamışdır.

Filmoqrafiya

İl Film Rol Qeydlər
1994 Qərb necə əyləncəli oldu Maşındakı qız Kameo
2011 Marta, Mersi Mey, Merlin Marta
2011 Səssiz ev Sara
2011 Sülh, sevgi & anlaşılmazlıq Zoe
2012 Qırmızı işıqlar Salli Ouen
2012 Humanitar elmlər Zibbi
2013 Əzizlərini öldür Edi Parker
2013 Çox yaxşı qızlar Qerri
2013 Oldboy Mariya Sebastyan
2013 Gizlincə Tereza Raquin
2014 Kapitan Amerika: Qış əsgəri Vanda Maksimov / Qırmızı cadugər Kameo
2014 Qodzilla Elle Brodi
2015 Qisaçılar: Altron dövrü Vanda Maksimov / Qırmızı cadugər
2015 Mən işıq gördüm Odri Vilyams
2016 Kapitan Amerika: Vətəndaş müharibəsi Vanda Maksimov / Qırmızı cadugər Davam edir
2016 Sərxoş tarix Norma Kopp teleserial; seriya: "Bacı-qardaşlar"
2017 İnqrid qərbə gedir Teylor Sloane
2017 Külək çayı Ceyn Banner
2017 Kodaxrom — Davam edir
2018 Qisasçılar: Sonsuzluq savaşı Vanda Maksimov / Qırmızı cadugər Davam edir
2019 Qisasçılar: Final Vanda Maksimov / Qırmızı cadugər

Mükafatları

İl Təşkilatçı Kateqoriya İş Nəticə
2011 Çikaqo Film Tənqidçiləri Assosasiyası Ən prespektivli permormans Marta, Mersi Mey, Merlin Qazandı
Florida Film Tənqidçiləri Cəmiyyəti Paulin Kal mükafatı Qazandı
Qent Beynəlxalq Film Festivalı Xüsusi rol Qazandı
Los-Anceles Film Tənqidçiləri Assosasiyası Yeni Nəsil mükafatı Qazandı
Vankuver Film Tənqidçiləri Cəmiyyəti Ən yaxşı aktrisa Qazandı
Brodkest Fİlm Tənqidçiləri Assosasiyası Ən yaxşı aktrisa Namizəd
Çikaqo Film Tənqidçiləri Assosasiyası Ən yaxşı aktrisa Namizəd
Denver Film Tənqidçiləri Cəmiyyəti Ən yaxşı aktrisa Namizəd
Denver Film Tənqidçiləri Assosasiyası Ən yaxşı ulduz Namizəd
Detroyt Film Tənqidçiləri Cəmiyyəti Ən yaxşı performans Namizəd
Qotem Müstəqil Film Mükafatları Ən yaxşı aktrisa Namizəd
Qotem Müstəqil Film Mükafatları Ən yaxşı ansablı performansı Namizəd
Azad ruh mükafatları Ən yaxşı qadın baş rolu Namizəd
Onlayn Film Tənqidçiləri Assosasiyası Ən yaxşı aktrisa Namizəd
San Dieqo Film Tənqidçiləri Cəmiyyəti Ən yaxşı aktrisa Namizəd
Peyk mükafatları Ən yaxşı aktrisa Namizəd
Saturn mükafatı Ən yaxşı aktrisa Namizəd
Toronto Film Tənqidçiləri Assosasiyası Ən yaxşı aktrisa Namizəd
Vaşinqton Film Tənqidçiləri Assosasiyası Ən yaxşı aktrisa Namizəd
2013 BAFTA Mükafatları BAFTA Yüksələn Ulduz mükafatı — Namizəd
Fanqoriya Çaynsau Mükafatları Ən yaxşı qadın baş rolu Səssiz ev Qazandı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elizabet Olsen haqqında məlumat. Elizabet Olsen nədir? Elizabet Olsen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbu-Dabi

  • Fevral 27, 2026

    Fermopil vuruşması

  • Fevral 27, 2026

    Sivas

  • Fevral 27, 2026

    Paeoniaceae

  • Fevral 27, 2026

    Leksikoqrafiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst