Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik

Mikotoksinlər

  • Ana Səhifə
  • Vikipediya
  • Mikotoksinlər

Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər.

Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar.

Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər. Məs: Patulin toksini — Byssochlamys nivea, Bys.fulva , Aspergillus clavatus, Asp.terreus , Asp.giganteus, Penicillium patulum , Pen.claviforme ,Pen.expansum və digərləri tərəfindən sintez edilir.Eyni zamanda Penicillium aurantiogriseum göbələyi — okratoksin A,tremortin A və B ,tsiklopiazonit turşusu sintez edir.

Mikotoksinlər yüksək temperatura qarşı dözümlüdürlər və bu mikotoksinlərin növündən də asılıdır.Mikotoksinlərin temperatura həssaslığı mikotoksinin növündən,temperaturun dərəcəsindən ,temperaturun vaxtından və digər amillərdən asılıdır.Bir çox mikotoksinlər mitselidən substrata doğru diffuziya edir.Buna görə də kifli qida və yemlərdən mitselilər uzaqlaşdırılsa belə ərzaqın mikotoksin təhlükəsi aradan qalxmır.Əsasən geniş yayılmış mikotoksinlər aflatoksinlər, okratoksinlər,fumonisinlər,trixotesenlər və zearalenonlardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mikotoksinlər haqqında məlumat. Mikotoksinlər nədir? Mikotoksinlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Monteneqro Universiteti

  • Fevral 21, 2026

    Andalusiya

  • Fevral 27, 2026

    Crocodilia

  • Fevral 27, 2026

    Elektronvolt

  • Fevral 27, 2026

    Nəhənglər (mifologiya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst