Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933)

Rza Darablı

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Darablı

Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933).

Rza Darablı
Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov
Doğum adı Rza Hüseynov
Digər adı Rza Darablinski
Doğum tarixi 1883
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 23 mart 1942 (58–59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı  Rusiya İmperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1914–1941
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1933
IMDb ID1181035
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən ara-sıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır.

Rza Darablı "Şah Abbas və Xurşid Banu" operasında aşpaz Məstavər rolunda

Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib. 1925–1928-ci illərdə Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alıb və yenidən doğma kollektivə qayıdıb.

Komediya və dram aktyoru Rza Darablının yaradıcılığını iki dövrə ayırmaq olar: 1919-cu ilə qədərki dövr və ondan sonrakı illərdəki fəaliyyəti.

Birinci dövrdəki əsas rolları: Vəli, Hambal ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Qacar, Həmzə bəy, İblis ("Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Oruc və Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Şamdan bəy, Şah Təhmasib ("Dilin bəlası" və "Nadir şah", Nəriman Nərimanov), Tofiq bəy, Mustafa paşa, Haris ("Bakı müharibəsi", "Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), İsmayıl bəy və İbrahim ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov).

Teatr dövlət statusu alandan sonra Rza Darablı daha uğurla Ənvər bəy, Belokurov, Yanardağ, İbad ("Yulduz, yaxud Trablis müharibəsi", "Yaşar", "Od gəlini" və "Almaz", Cəfər Cabbarlı), İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz ("İblis", "Şeyx Sənan" və "Knyaz", Hüseyn Cavid), Qəhtan ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Mixail Petroviç ("Qaçaq Kərəm", Vano Mçedaşvili), Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), Arsini ("Nei qülləsinin sirri", Aleksandr Düma), Dərviş Abbas ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Ursus ("Gülən adam", Viktor Hüqo), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Qapral Barbaru ("İntervensiya", Lev Slavin), Mironov ("Özgə uşağı", Vasili Şkvarkin), Usta Bəhlul ("Şahnamə", Canan), Məhkəmə sədri ("Dubrovski", Aleksandr Puşkin), Molla Ağabala ("Toy", Sabit Rəhman) rollarını ifa edib.

1940-cı il oktyabrın 24-də Pyer Bomarşenin "Fiqaronun toyu" komediyasında oynadığı Antonio rolu Rza Darablının teatrda son səhnə obrazıdır.

Səhnə fəaliyyəti ilə yanaşı, Bakı Teatr Məktəbində dərs deyib, filmlərə çəkilib.

Rza Darablı 23 mart 1942-ci ildə Bakıda vəfat edib.

Filmoqrafiya

  1. Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) — rol: Əyan
  2. Kəndlilər (film, 1939)
  3. Səbuhi (film, 1941)
  4. Sovqat (film, 1942)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Darablı haqqında məlumat. Rza Darablı nədir? Rza Darablı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Modul

  • Fevral 23, 2026

    Cümə

  • Fevral 27, 2026

    Aqricento

  • Fevral 27, 2026

    Fauna (mifologiya)

  • Fevral 27, 2026

    Dolores Ambriç

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst