Adcoş İbrahim qızı Əliyeva (25 mart 1922, Çobankərə, Eçmiədzin qəzası – 23 mart 1996, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — aqronom, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1964), Sosialist Əməyi Qəhrəmanı (1950).
| Adcoş Əliyeva | |
|---|---|
| Adcoş İbrahim qızı Əliyeva | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | aqronom |
| Partiyası |
|
| Mükafatları | |
Həyat və əmək fəaliyyəti
Adcoş Əliyeva 25 mart 1922-ci ildə İrəvan quberniyasının İrəvan qəzasının (indiki Ermənistan) Çobankərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1947–1973-cü illərdə Ermənistan SSR-in Oktemberyan rayonundakı Sovetakan kolxozunda və Naxçıvan MSSR-in Naxçıvan rayonundakı Y. Cabbarov adına kolxozda manqabaşçısı işləmiş, 1973-cü ildən indiki Babək rayonundakı tərəvəzçilik-südçülük sovxozunda manqabaşçısı olmuşdur. 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni və "Şərəf nişanı" ordeniləri ilə təltif olunmuşdur. Adcoş Əliyeva 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adcoş Əliyeva haqqında məlumat. Adcoş Əliyeva nədir? Adcoş Əliyeva nə deməkdir?