Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikas

Azər Turan

  • Ana Səhifə
  • Vikipediya
  • Azər Turan

Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azər Turan
Azər İmamverdi oğlu Əbilov
Doğum tarixi 16 sentyabr 1963(1963-09-16) (62 yaş)
Doğum yeri
  • Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası İmamverdi Əbilov
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
İş yeri
  • Ədəbiyyat qəzeti
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

22 yanvar 2015-ci ildə "Ədəbiyyat qəzeti"nin baş redaktoru təyin edilib.

Mündəricat

Həyatı

Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010). "Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları" mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər akademik Bəkir Nəbiyev).

Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə Prezident Təqaüdünə layiq görülüb.

Azərbaycan Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təsis etdiyi "Hüseyn Cavid" (2000) mükafatı laureatıdır.

Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" (2015) mükafatının laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

2019-cu ildə Rəsul Rza Fondu tərəfindən Rəsul Rza Mükafatına layiq görülüb..

2020-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə “İlin alimi” seçilib.

2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)" xatirə nişanı ilə təltif olunub.

2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Səməd Behrəngi” adına mükafatına layiq görülüb.

2024-cü ildə türkolojidəki xidmətlərinə görə TÜRKSOY tərəfindən Vamberi medalı ilə təltif olunub..

2024-cü ildə Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatına layiq görülüb.

Yaradıcılığı

Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəmaləddin Əfqani, Yusif Akçura, Mehmet Akif Ərsoy, Hüseyn Cavid, Yəhya Kamal Bəyatlı, Fuad Köprülü, Nihal Atsız, Rza Nur, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Cənab Şəhabəddin, Əhməd Haşım, Nəcib Fazil Qısakürək, Nazim Hikmət, Orxan Vəli, Ədib Cansevər, Cahid Sidqi Tarançı, Camal Sürəya, Çingiz Dağcı, Çingiz Aytmatov və b. barədə silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.

İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Filmoqrafiya

  • Əlif Lam Ra (rejissor Tariyel Vəliyev, 1992. Az TV) (ssenari müəllifi)
  • Səma şairi (film, 2003) (ssenari müəllifi)
  • İşığımız sönməyəcək (film, 2003) Ömər Faiq Nemanzadə barədə (ssenari müəllifi) Birinci Türkoloji Qurultay (ssenari müəllifi, film, 2006)
  • Kürün mənsəbində soyqırım. 1918-ci il hadisələri barədə (ssenari müəllifi, film, 2008)
  • Cavid ömrü (film, 2007) (məsləhətçilərindən biri)

Kitabları

  • Ölüm süvarisi (1994)
  • Behişt zəvvarı (1995)
  • Məkkədən Mədinəyə (1997)
  • Qafqaz İslam Ordusu Salyanda (1999)
  • Hüsni-xuda şairi Hüseyn Cavid (1999)
  • Qafqaz İslam Ordusu Muğanda (2004)
  • Əbədi Turan (2002)
  • Dahi və dünya (Nobel mükafatı laureatı Əbdüssalam barədə) (2002)
  • İrfan çobanı (2003)
  • Cavid əfəndi (2004)
  • Turan Cavidin son söhbəti, son yaşantıları, son günü (2005)
  • Tahir Rasizadə (2005)
  • Hüseyn Cavid (2007)
  • Yorğun şəhərin yuxusu (Azərbaycan, rus və ingilis dillərində). İstanbul (2007)
  • Əzəl-axır dünya türkün dünyası (2007)
  • 1918-ci ilin 31 günü (2008)
  • Əli bəy Huseynzadə. Moskva (2008)
  • Али бек Гусейнзаде. Moskva (2008)
  • Ezel-Ahır Dünya Türkün dünyası. Ankara, Türkiyə türkcəsi (Nizameddin Onk — 2009)
  • Xalid Səid Xocayev — şəhid türkşünas (2009)
  • Əli bəy Hüseynzadə Turan (Q. Paşayeva ilə həmmüəllif) (2009)
  • Cavidnamə (2010)
  • Darülmöminin (2012)
  • Ali bey Hüseyinzade Turan. İstanbul (2012)
  • Əli bəy Hüseynzadə: Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi (2014)
  • XX əsr — Fəryadın metafizikası (2017)
  • Türkün atası Alp Ər Tonqa. Bakı (2024)
  • Ulusu sevmək fənni — Türk düşüncəsi. Bakı (2025)
  • Qəbulə xanım və Birinci Pyotr. Bakı (2025)


Ərtoğrol Cavidin bütün əsərlərini ("Yazıları, rəsmləri, bəstələri, məktubları" (Bakı, 2005), Mişkinaz Cavidin "Cavid haqqında xatirimdə qalanlar" (Bakı, 2005), Əli bəy Hüseynzadənin bütün şeirləri — "Əbədi gözəlliklər" (2007), "Seçilmiş əsərləri" ("Şərq-Qərb" 2007), Hüseyn Cavidin bütün əsərlərini əhatə edən ilk Türkiyə nəşrini (Hüseyin Cavid. Eserleri, İstanbul, Küsena Yayınları, 2013), Təkəzadə M. Səidin "Zurubi-əmsal Türkiyyə yaxud Atalar sözü" (2005), Əli bəy Hüseynzadə barədə müasirlərinin yazdığı məqalələrdən ibarət "Milli məfkurənin atası" (2014) kitablarını da Azər Turan hazırlamış, həmin kitablara ön söz yazmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azər Turan haqqında məlumat. Azər Turan nədir? Azər Turan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İşıq

  • Fevral 27, 2026

    Herbert Markuze

  • Fevral 27, 2026

    Boyat

  • Fevral 28, 2026

    Baldırğan

  • Fevral 27, 2026

    Optimallaşdırma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst