Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərdarabad döyüşü (erm. Սարդարապատի ճակատամարտ; türk. Sardarapat Savaşı) — Birinci Dünya müharibəsi gedişində 21—28 may 1918-ci il tarixində erməni daimi ordusu

Sərdarabad döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Sərdarabad döyüşü

Sərdarabad döyüşü (erm. Սարդարապատի ճակատամարտ; türk. Sardarapat Savaşı) — Birinci Dünya müharibəsi gedişində 21—28 may 1918-ci il tarixində erməni daimi ordusu və könüllülərlə Osmanlı ordusu arasında Sərdarabad dəmiryol stansiyası yaxınlığında (Sovet dönəmində Oktemberyan, hazırd isə Armavir) baş vermiş döyüş. Bəzi ermənipərəst qüvvələr döyüşü qondarma erməni soyqırımının bir parçası hesab edirlər. Britaniya tarixçisi Kristofer Uolkerin sözlərinə görə əgər ermənilər bu döyüşü uduzduqları təqdirdə onların dövlət qurması mümkünsüz ola bilərdi

Sərdarabad döyüşü
Tarix 21—28 may 1918
Yeri Sərdarabad stansiyası
Nəticəsi Osmanlıların məğlubiyyəti
Münaqişə tərəfləri

Osmanlı imperiyası

Ermənistan Respublikası

Komandan(lar)

general-mayor Yaqub Şevki-Paşa,
polkovnik Zehni bəy
general-mayor Mürsəl Paşa

general-mayor Movses Mixayloviç Silikyan
polkovnik Daniel bəy Primyan
polkovnik Pavel bəy Primyan
Xristofor Raratav
Yezidlərin qəhrəmanı Езидов Cangir ağa

İtkilər

3500 nəf

bilinmir

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Türk ordusunun hücumu

    Movses Silikyan

    Rusiyanın Birinci Dünya müharibəsində məğlubiyyətdən sonra işğal olunmuş şərqi Osmanlı torpaqlarında ordusunu geri çəkmək məcburiyyətində qalır. Geri çəkilərkən öz silahlarının bir hissəsini ermənilərə verirlər. Türklər itirilmiş torpaqları geri qaytarmaq və ermənilərin türk və müsəlmanlara qarşı soyqırımların qarşısını almaq məqsədi ilə şərqə istiqamətlənirlər. 10 fevral 1918-ci ildən türklər hücuma keçərək aprelin sonlarına qədər Ərzincan, Ərzurum, Sarıqamış, Kars və 15 mayda isə Gümrü şəhərini erməni qüvvələrindən azad edə bilir.

    Bu zaman erməni korpusu bir necə diviziyadan ibarət idi. Korpusa general Fom Nazarbekyan rəhbərlik edirdi. Korpusun tərkibinə daxil olan yezdi kürdlərindən təşkil olunmuş qoşuna Cangir ağa başçılıq edirdi. Gümrünün azad olmasından sonra türk qoşunlarının bir dəstəsi Qarakilsəyə, ikinci dəstə isə Yaqub Şevki Paşanın rəhbərliyi altında Sərdarabada yönəlir. Burada hədəf İrəvan şəhərini ermənilərdən azad etmək olur. Bu addımı alman müttəfiqlər bəyənməyərək türkləri dəstəkləmirlər.

    Tərəflərin qüvvələri

    Türk qoşunlarının tərkibinə atıcı divisiya, süvari polk, zərbə və snayper batalyonu, 1500 kürd dəstəsi, artilleriya bateriyası (40 top).

    Erməni qoşunlarının ümumi rəhbərliyi general Movses Silikyana həvalə edilmişdi. Ona 2-ci atıcı diviziya, 3-cü piyada briqadası, 1-ci polk və 2-ci süvsri briqadası tave idi. Bu qrupun əsas hissəsini polkovnik Daniel bəy Primyan idarə edirdi. Ermənilərin əsas qüvvəsi Sərdərabada yönəlsədə 6-cı atıcı, 2-ci süvari və partizan süvari diviziyalarınin əsas hədəfi İrəvana yönələn 9-cu diviziyanının qarşısını almaq olmuşdur. Ermənilər İrəvanın müdafiyəsini Aram Manukyana həvalə etmişdilər.

    Nəticələri

    Sərdarabad döyüşünün əsas nətisəsi türk qoşunlarının daxili hissələrə irəliləməsinin qarşısı alınmış və Ermənistan Respublikasının qurulması üçün imkanlar yaranmışdır.

    Xatirə

    Türk ordusunun məğlübiyyəti və ermənilərin 26 may 1918-ci ildə əldə etdiyi qalibiyyətin 50 illik münasibətilə 1968-ci ilin mayında Sərdarabad memorial abidəsi qoyulmuşdur. Abidə Rafael İsrailyanıb fikirləri əsasında heykəltaraş Samvel Manasyan və Arşam Şaqinyanın əməyi sayəsində hazırlanmışdır. Ansambl qırmızı tufdan hazırlanmışdlr. Abidənin əsas hissəsini qanadlı öküzlər təşkil edir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərdarabad döyüşü haqqında məlumat. Sərdarabad döyüşü nədir? Sərdarabad döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Usunlar

    • Fevral 27, 2026

      Napoleon

    • Fevral 27, 2026

      Santa-Barbara

    • Fevral 24, 2026

      Misir dili

    • Fevral 27, 2026

      ANS TV

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst