Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı.

Dövlətşah Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Dövlətşah Xatun

Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı.

Dövlətşah Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1365(1365)
Doğum yeri Kütahya, Gərmiyanoğulları bəyliyi
Vəfat tarixi 1414(1414) (48–49 yaşında)
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Dəfn yeri Yaşıl türbə, Bursa
Fəaliyyəti əsilzadə
Atası Gərmiyanoğlu Süleyman bəy
Anası Mutahhara Xatun (Sultan Vələdin qızı)
Həyat yoldaşı İldırım Bəyazid
Uşaqları İsa Çələbi
Böyük Musa Çələbi, Kiçik Musa Çələbi
Dini İslam

Həyatı

1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir.

1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi.

Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi. Fetrət dönəmində taxt mübarizəsinə girişən Kiçik Musa Çələbi isə onun oğlu deyil. Bəzi mənbələrdə Çələbi Mehmedin də anasının Dövlətşah Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Çələbi Mehmed İldırım Bəyazidin sonradan müsəlman olan Dövlət Xatun adlı kənizindən dünyaya gəlmişdir. Ankara döyüşündən (1402) sonra İldırım Bəyazidin məğlub olaraq əsir düşməsinin ardından Dövlətşah Xatun da sultanın digər xanımları kimi Bursaya göndərildi. Burada oğlu İsa Çələbinin qısa səltənətində yaşadı və onun taxt mübarizəsində məğlub olaraq edam olunmasından sonra qalan ömrünü Bursada keçirdi. 1414-cü ildə Bursada vəfat etdi və cənazəsi Yaşıl türbə ətrafına dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dövlətşah Xatun haqqında məlumat. Dövlətşah Xatun nədir? Dövlətşah Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Sverker sülaləsi

  • Fevral 28, 2026

    Kozan

  • Fevral 27, 2026

    Avstroneziya dilləri

  • Fevral 27, 2026

    Sui-qəsd

  • Fevral 27, 2026

    Neoqotika

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst