Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vismar ( alm. Wismar‎ Wismar [ˈvɪsmaʁ], Wismer ) - Almaniyada ( Meklenburg-Qərbi Pomeraniya əyaləti ) Baltik dənizi sahillərində liman şəhəri. Şimal-Qərb Meklen

Vismar

  • Ana Səhifə
  • Vikipediya
  • Vismar

Vismar ( alm. Wismar‎ Wismar [ˈvɪsmaʁ], Wismer ) - Almaniyada ( Meklenburg-Qərbi Pomeraniya əyaləti ) Baltik dənizi sahillərində liman şəhəri. Şimal-Qərb Meklenburq regionunun bir hissəsidir. Hanzanın ilk və ən zəngin şəhərlərdən biri olan Vismar, UNESCO-nun qorumasında olan kərpic Qotik üslubunda malikanələr və məbədləri olan tarixi mərkəzə malikdir.

Vismar
Hansestadt Wismar
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
53°53′33″ şm. e. 11°27′54″ ş. u.HGYO
Ölkə
  •  Almaniya Federativ Respublikası
Tarixi və coğrafiyası
Əsası qoyulub XIII əsr
Sahəsi
  • 41,72 km² (2017)
Mərkəzin hündürlüyü 17 m
Əhalisi
Əhalisi
  • 44.022 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 3841
Poçt indeksi 23966, 23970, 23952
Nəqliyyat kodu HWI, WIS
Digər
wismar.de
Xəritəni göstər/gizlə
Vismar xəritədə
Vismar
Vismar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

41.36 km² ərazini əhatə edir. 31 dekabr 2013-cü il tarixinə əhalinin sayı 42 219 nəfərdir .

Rəsmi kod 13 0 06 000- dır.

Mündəricat

Tarix

Vismar, ehtimal ki, Vishemir adı ilə Polabiya slavyanlarının məskəni olaraq meydana gəlib. XIII əsrin birinci yarısında şəhər adını aldı. 1259-cu ildə dəniz quldurlarından qorunmaq üçün Rostok və Lübek ilə ittifaq bağlamaqla Hanzanın böyüməsinə səbəb oldu. Orta əsrlərdə Vismar siyənək və pivə ticarəti sahəsində ixtisaslaşmış, əlavə olaraq burada həm də parça hazırlanırdı. Hanza Liqası ilə bağlı məsələlərə sakinlərin ümumi yığıncaqlarında qərar verilirdi.

Vismar amma öz bayrağına sahib olmaq hüququ kimi sərbəst şəhərlərə məxsus haqqları özündə saxlayırdı. 1257-dən 1358-ə qədər şəhər Meklenburq knyazlarının rezidensiya yeri idi. 1376-cı ildə Qara ölüm şəhərdə əhalinin xeyli hissəsini məhv etdi. Hanzanın digər şəhərləri kimi Vismar da Amerikanın kəşfindən sonra ticarət yolları Atlantikaya keçdiyindən öz əvvəlki əhəmiyyətini itirməyə başladı.

İqtisadi tənəzzül otuz illik müharibə ilə başa çatdı. 1648-ci ildə Vestfaliya Barışına görə Vismar, İsveç Pomeraniyasının bir hissəsi oldu və isveçlilərin Baltik dənizinin cənub sahilindəki ən böyük qalasına çevrildi.

1803-cü ildə İsveç şəhəri 100 il sonra geri qaytarmaq hüququnu saxlamaqla Meklenburq sülaləsinə 1.258.000 Reyxstaler pul əvəzində icarəyə verdi. Sonradan Vismar Alman imperiyasının de-fakto hissəsi olsa da, İsveç hakimiyyəti 1903-cü ilə qədər şəhərin itirilməsi ilə barışmadı.

Dornier təyyarə şirkətinin zavodlarının yerləşdiyi şəhər İkinci Dünya müharibəsi illərində Müttəfiqlərin bombardmanı nəticəsində çox zərər gördü. ADR illərində Vismar ölkənin ikinci ən vacib (Rostokdan sonra) dəniz limanı hesab olunurdu. Xüsusilə limandan kalium gübrələri daşındı.

Vismar və qonşu Ştralzundun tarixi mərkəzləri 2002-ci ildə YUNESKO-nun Dünya İrsi Saytı elan edildi.

1 iyul 2011-ci ildən etibarən şəhər Şimal-Qərb Meklenburq bölgəsinin bir hissəsidir . Ondan əvvəl, əraziyə tabe olan bir şəhər statusu almışdı.

Görməli yerləri

Vismarın ürəyi Bazar Meydanıdır. Sonrakı tikililər arasında 1380-cü ilə aid kərpicdən tikilən "Qoca İsveçli" binaları fərqlənir. Orta əsrlər evləri belə adı yalnız 1878-ci ildə bu adda bir otel açıldıqda almışdır.

Meydanın ortasında 1602-ci ildə Philip Brandin çertyojlarına əsasən Hollandiya İntibahı üslubunda 12 tərəfli pavilyon quruldu. 1897-ci ilə qədər Wasserkunst adlanan pavilyon su paylama nöqtəsi kimi xidmət edirdi, oradan 220 yaşayış və 16 ictimai binaya su verilirdi.

Müharibədən əvvəl Vismar Məryəm Kilsəsi, kərpic Qotika üslubunda tikilmiş ən böyük Şimali Alman kilsələrindən biri idi. Onun memarı Yohann Grot Lübekdəki Məryəm Kilsəsinin üç ölçülü bazilikasını bir model olaraq götürmüşdü. 1945-ci ilin aprel ayında hava hücumu zamanı əsas bina böyük zərər gördü. Dağıntılar ancaq 1960-cı ildə əsaslı şəkildə partladıldı. XVI-XVII əsrlərə aid 9 kilsə zənginin asıldığı kilsədən yalnız hündür bir qüllə (81 m) salamat qalıb. Burada, 1647-ci ildə 5×5 m ölçülü bir yığım saatı qurulmuşdu.

Müqəddəs Nikolayın sağ qalan kilsəsi 1381-1487-ci illərdə tikilmiş, Məryəm Kilsəsi kimi üç nefli bazilika olaraq qurulmuşdu. Orta nef 37 metr hündürlükdədir, bu orta əsr Almaniyasında dördüncü ən yüksək göstəricidir.

Əhali

İlSayı
2013 42.219
2017 44.587
İlSayı
2017 42.906
2018 42.550
İlSayı
2019 42.550
2021 42.785
İlSayı
2022 43.878
2023 44.022

Qardaş şəhərlər

Rəsmi qardaş şəhərlər  :

  •  Finlandiya Kemi (1959-cu ildən)
  •  Fransa Kale (1971-ci ildən, 1966-cı ildə imzalanmış dostluq müqaviləsi)
  •  İsveç Kalmar (2002-ci ildən)
  •  Almaniya Lübek (1987-ci ildən)
  •  Danimarka Olborq (1963-cü ildən)

Qalereya

  • Nordic Yards Wismar Gəmiqayırma zavodu
    Nordic Yards Wismar Gəmiqayırma zavodu
  • "Qoca İsveçli"
    "Qoca İsveçli"
  • Su paylama pavilyonu
    Su paylama pavilyonu
  • Məryəm Kilsəsi
    Məryəm Kilsəsi
  • Nikolay kilsəsinin daxili
    Nikolay kilsəsinin daxili

Qeydlər

  1. ArchINFORM (alm.). 1994.
  2. . Statistisches Bundesamt.
  3. https://it-ch.topographic-map.com/map-rszvcz/Wismar/?zoom=19&center=53.89175%2C11.46615&popup=53.89193%2C11.4661.
  4. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). Destatis, 2024.
  5. Statistisches Landesamt M-V — Bevölkerungsentwicklung der Kreise und Gemeinden 2013 (31.12.2013.xls 2014-10-11 at the Wayback Machine)
  6. https://www.wismar.de/B%C3%BCrger/Aktuelles/Statistik.
  7. https://www.destatis.de/DE/Themen/Laender-Regionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Archiv/GVAuszugQ/AuszugGV3QAktuell.html;jsessionid=E7C29FA9464072B60C759C0F1996121C.internet731.
  8. https://www.statistikportal.de/de/produkte/gemeindeverzeichnis. Statistisches Bundesamt.
  9. register of German municipalities (4th quarter 2022) (alm.). Destatis, 2023.
  10. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). Destatis, 2023.
  11. Partnerschaften mit anderen Städten in Europa — Sinn und Zweck von Städtepartnerschaften 2016-03-05 at the Wayback Machine (alm.)

Ədəbiyyat

  • Baedecker. Deutschland. Verlag Karl Baedeker, 2002. ISBN 3-8297-1004-6
  • Bernd Wurlitzer - Meklenburq-Vorpommern. 5 aktualisierte Auflage. DuMont Reiseverlag, Köln, 2004. ISBN 3-7701-3849-X •
  • Weltgeschichte-Daten Fakten Bilder- Georg Westermann Verlag; Braunschweig 1987- ISBN 3-07-509036-0
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 1067
ing. • rus. • fr.
  • Rəsmi səhifə
  • Almaniyada görməli yerlər: Wismar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vismar haqqında məlumat. Vismar nədir? Vismar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Monpelye

  • Fevral 27, 2026

    Şəbüstər şəhristanı

  • Fevral 27, 2026

    Yapon nərəsi

  • Fevral 23, 2026

    13 oktyabr

  • Fevral 23, 2026

    14 sentyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst