Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj pa

Kolonist parkı

  • Ana Səhifə
  • Vikipediya
  • Kolonist parkı

Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır.

Kolonist parkı
Колонистский парк
Ölkə Rusiya Rusiya
Şəhər Peterhof
Yerləşir Peterhof
Tikilmə tarixi 1837
Sahəsi
  • 29,1 ha
Rusiya Federasiyasının milli irsi
İstinad nöm.7810406069
Mühafizə dərəcəsiFederal
59°52′ şm. e. 29°53′ ş. u.HGYO
Xəritə
Kolonist parkı (Sankt-Peterburq)
Nöqtə
Kolonist parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı.

Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı.

Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi.

Çariçin pavilyonu

Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 1842—1844-cü illərdə tikilmişdir. İmperator I Nikolay pavilyonu həyat yoldaşı Aleksandra Fyodorovnaya hədiyyə etmişdir. Pavilyonun tərtibat işlərində və planlaşdırmasında imperatriçanın qədim Pompey şəhərinin memarlığına olan lətafəti öz əksini tapmışdır.

Plan baxımından Çariçin pavilyonu assimetrikdir; 3 mərtəbəli bina xaricdən gözəl pilləkən və qüllə ilə tamamlanır. Ətrafındakı suya əsas fasadın parapet şəklində və çuqun vazalarla bəzədilmiş böyük terrasası aparır. Pavilyonun interyerində mərmər müxtəlif növləri (ağ, boz, qırmızı, qara, mavi, sibir və fin), Pompey mozaikası, həmçinin antik və intibah dövrünə aid orijinal incəsənət əsərlərindən istifadə olunmuşdur. Adanın bütün ərazisi heykəl, daş skamya və fəvvarələr ilə bəzədilmişdir.

Olqa pavilyonu

Gölməçənin qərb hissəsində Olqa pavilyonu yerləşir. Pavilyon ikinci adada imperator I Nikolayın qızı Olqa Nikolayevnanın şəxsi istifadəsi və istirahəti üçün memar A.Ştakenşneyderin layihəsi əsasında 1846-1848-ci illərdə inşa edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kolonist parkı haqqında məlumat. Kolonist parkı nədir? Kolonist parkı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mark Ruffalo

  • Fevral 27, 2026

    Mucəm əl-buldan

  • Fevral 27, 2026

    Leylatəpə mədəniyyəti

  • Fevral 21, 2026

    Bəhreyn

  • Fevral 27, 2026

    Molekulyar-kinetik nəzəriyyə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst