Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın

Rekom

  • Ana Səhifə
  • Vikipediya
  • Rekom

Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir.

Rekom ziyarətgahı. Ziyarətgah taxta materealdan tikildiyi üçün tarix boyunca dəfələrlə restavrasiya edilmişdir. Sonuncu dəfə 1995-ci ilin martında ildırım düşərək buranı yandırmışdı.

Mündəricat

Etimologiya

Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir.

Mifologiya

Rekomun ətrafındakı daş divar

Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir. Qurban mərasimində yalnız kişilər iştirak edə bilərdi , çünki Rekom ziyarətgahı kişilərin qoruyucu müqəddəsi olan Uastirci kultunun mərkəzi idi.

Nart dastanına görə, Nart Batradların ölümü üzərinə tanrının tökdüyü üç göz yaşının yerində oset dilində Rekoma Zuar və ya Rekoma Uastirci adlanan Rekoma ziyarətgahı quruldu.
"Sanki bir mədəniyyətdən digərinə keçid işarəsi kimi, Osetiyanın ilk “kilsələri” yalnız kədərlənmiş bir tanrının vəsiyyəti ilə zed və duaq tərəfindən məhv edilmiş Nart Batradzın ölümündən sonra ortaya çıxır. Bu böyük türbələr - Rekom, Mikalqabirta və Tarancelos, Allahın Batradzın üstünə tökdüyü üç göz yaşından gəlməsi qəbul edilmişdir."

Rekom ziyarətgahı

Rekom ziyarətgahı Verxnıy Tsey kəndinin yaxınlığındakı Tsey dərəsində yerləşir. Turistlərin axın etdiyi bu məkan qeyri-rəsmi olaraq, qadınlara qadağan olsa da, Osetiyanın əsas qədim ziyarətgahı hesab olunur. Fotoqraf Ştırkovun qeydlərinə görə 21 iyun 2014-cü ildə qeyd olunan bayrama böyük maraq göstərilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rekom haqqında məlumat. Rekom nədir? Rekom nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Artemisia alpina

  • Fevral 26, 2026

    Taleh Qaraşov

  • Fevral 27, 2026

    İşsizlik

  • Fevral 27, 2026

    Saturn Aura

  • Fevral 27, 2026

    İsveçlilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst