Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen.
| Oktan | |
|---|---|
| | |
| |
| Ümumi | |
| Kimyəvi formulu | C8H18 |
| Fiziki xassələri | |
| Molyar kütlə | 114,2285 q/mol |
| Sıxlıq | 0,7 ± 0,01 q/sm³ |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | −57 °C |
| Qaynama nöqtəsi | 125,52 °C |
| Partlama həddi | 1 ± 1 % (V/V) |
| Əmələgəlmə entalpiyası | −250 kC/mol |
| Yanma entalpiyası | −5.470 kC/mol |
| Buxarın təzyiqi | 10 ± 1 mm Hg |
| Optik xüsusiyyətlər | |
| Sındırma əmsalı | 1,398 |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 111-65-9 |
| PubChem | 356 |
| EINECS-də qeyd. nöm. | 203-892-1 |
| SMILES | |
| InChI | |
| RTECS | RG8400000 |
| ChEBI | 17590 |
| BMT nömrəsi | 1262 |
| ChemSpider | 349 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
Xassələri
Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur.
Alınması
Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər.
Tətbiqi
Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir.
İzomerləri
Oktanın 18 struktur izomeri var:
- oktan (n-oktan)
- 2-metilheptan
- 3-metilheptan (+ optik izomerləşmə)
- 4 — metilheptan
- 3-etilheksan
- 2,2-dimetilheksan
- 2,3-dimetilheksan (+ optiki izomerləşmə)
- 2,4-dimetilheksan (+optiki izomerləşmə)
- 2,5-dimetilheksan
- 3,3 — dimetilheksan
- 3,4 — dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz))
- 2-metil-3-etilpentan
- 3 — metil-3-etilpentan
- 2,2,3-trimetilpentan (+optiki izomerləşmə)
- 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur)
- 2,3,3-trimetilpentan
- 2,3,4 — trimetilpentan
- 2,2,3,3-tetrametilbutan
Həmçinin bax
İstinad
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oktan haqqında məlumat. Oktan nədir? Oktan nə deməkdir?
