Aslanov Xəzər Qəşəm oğlu (6 iyun 1970, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı.
| Xəzər Aslanov | |
|---|---|
| |
Vəzifədədir | |
| 10 aprel 2012-ci ildən | |
| Əvvəlki | Vaqif Abdullayev |
| 10 oktyabr 2006 – 10 aprel 2012 | |
| Əvvəlki | Qəzənfər Ağayev |
| Sonrakı | Sevindik Hətəmov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1970 (55 yaş) |
| Doğum yeri | |
| Atası | Qəşəm Aslanov |
| | |
| Təltifləri | |
Həyatı
Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük sovxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988–1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1990–1992-ci illərdə "İRS" kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə "Fədai" kooperativinin sədri, 1992–1994-cü illərdə "Aslan R. Q" k/m-da kommersiya direktoru, 1994-cü ildə "ER-COMPANY LTD"-də mütəxəssis, 1994–2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002–2003-cü illərdə "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003–2005-ci illərdə "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir.
Ailəsi
Xəzər Aslanov Qəşəm Aslanovun oğludur. Ailəlidir, 1 oğlu 1 qızı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəzər Aslanov haqqında məlumat. Xəzər Aslanov nədir? Xəzər Aslanov nə deməkdir?
