Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafael Sergeyeviç Qvaladze (1 yanvar 1948, Laqodexi, Kaxetiya – 15 yanvar 2026, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Rafael Qvaladze

  • Ana Səhifə
  • Vikipediya
  • Rafael Qvaladze

Rafael Sergeyeviç Qvaladze (1 yanvar 1948, Laqodexi, Kaxetiya – 15 yanvar 2026, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (1998–2025).

Rafael Qvaladze
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1948(1948-01-01)
Doğum yeri
  • Laqodexi, Laqodexi bələdiyyəsi, Kaxetiya, Gürcüstan
Vəfat tarixi 15 yanvar 2026(2026-01-15) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti hakim

Təltifləri "Tərəqqi" medalı — 2003 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı — 2019 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2025 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023
Azərbaycan Respublikasının əməkdar hüquqşünası — 2007 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2017

Mündəricat

Həyatı

1 yanvar 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 15 yanvar 2026-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlamışdır. 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir.

1990-cı ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır. 22 iyun 2010-cu ildə hakimin səlahiyyətləri genişləndirilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.

10 aprel 2025-ci ildə xidmət üçün maksimum yaşı keçdiyi üçün təqaüdə çıxmışdır. Yaş həddinin 70 olmağına baxmayaraq, 77 yaşında təqaüdə çıxmışdır.

28 dekabr 2007-ci ildə "Azərbaycanın Əməkdar Hüquqşünası" fəxri adına layiq görülmüşdür. Azərbaycan Gürcü İcmasının sədri olmuşdur.

Təltifləri

  • "Tərəqqi" medalı (12 iyul 2003-cü il) — "Azərbaycan Respublikasında konstitusiya hüququnun inkişafındakı xidmətlərinə görə".
  • Azərbaycanın əməkdar hüquqşünası (28 dekabr 2007-ci il) — məhkəmə orqanlarında uzun illər çalışdığına və hakim vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə.
  • Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (27 dekabr 2017-ci il) — Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzun illər səmərəli fəaliyyətinə görə.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı (27 may 2019)
  • II dərəcəli "Vətənə xidmətə görə" ordeni (13 iyul 2023) — "ədliyyə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə".
  • I dərəcəli "Vətənə xidmətə görə" ordeni (10 aprel 2025-ci il) — "Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzun illər səmərəli fəaliyyətinə görə".

Şəxsi həyatı

Gürcüəsilli və azərbaycandillidir. Ailəlidir, üç övladı var. Oğlu Otari Qvaladze Konstitusiya Məhkəməsində hakimdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafael Qvaladze haqqında məlumat. Rafael Qvaladze nədir? Rafael Qvaladze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cinayət hüququ

  • Fevral 27, 2026

    Aşıq Pəri

  • Fevral 27, 2026

    Düzənlik zebri

  • Fevral 27, 2026

    Cəfərli

  • Fevral 24, 2026

    Qrönobl

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst