Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər aras

Koko Şanel

  • Ana Səhifə
  • Vikipediya
  • Koko Şanel

Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib.

Koko Şanel
fr. Gabrielle Bonheur Chanel
Doğum tarixi 19 avqust 1883(1883-08-19)[…]
Doğum yeri
  • Saumur
Vəfat tarixi 10 yanvar 1971(1971-01-10)[…] (87 yaşında)
Vəfat yeri
  • Ritz oteli, I arondisman
Dəfn yeri
  • Bua-de-Vo qəbiristanlığı
Milliyyəti fransız
Fəaliyyəti modelyerlik
chanel.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır, amma Birinci Dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra — 1919-cu ildə "Şanel Moda evi" fəaliyyətini bərpa edir.

"Chanel № 5" ətiri

Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə "Chanel № 5" ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.

1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı, amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.

Koko Şanel 88 il ömür yaşadı. Onu hələ sağlığında "moda aləminin filosofu" adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koko Şanel haqqında məlumat. Koko Şanel nədir? Koko Şanel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nizamnamə

  • Fevral 27, 2026

    Konodontalar

  • Fevral 27, 2026

    Meysi Vilyams

  • Fevral 27, 2026

    Bob Dilan

  • Fevral 27, 2026

    Avşar eli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst