Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959, Dnepr) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol kom

Anatoli Demyanenko

  • Ana Səhifə
  • Vikipediya
  • Anatoli Demyanenko

Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959, Dnepr) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, uzun müddət "Dinamo Kiyev"in kapitanı olmuşdur. Beynəlxalq idman ustası (1980), SSRİ-nin əməkdar idman ustasıdır (1986).

Anatoli Demyanenko
rus. Анатолiй Дем'яненко
Ümumi məlumatlar
Ləqəbi "Mulya"
Doğum tarixi 19 fevral 1959(1959-02-19) (67 yaş)
Doğum yeri
  • Dnepropetrovsk, Dnepropetrovsk vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı Ukrayna Ukrayna
Boyu 179 sm
Çəkisi 74 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Gənclik karyerası
1971—1975 SSRİ Dnepr (Dnepropetrovsk)
Klub karyerası
1976—1978 SSRİ Dnepr (Dnepropetrovsk) 20 (1)
1979—1990 SSRİ Dinamo (Kiyev) 333 (28)
1991 Almaniya Maqdeburq 3 (0)
1991—1992 Polşa Vidzev 13 (0)
1992 Ukrayna Dinamo (Kiyev) 14 (1)
1992 → Ukrayna Dinamo-2 (Kiyev) 1 (0)
Milli yığma
1981—1990 SSRİ SSRİ 80 (6)
Məşqçisi olduğu klublar
1993 Ukrayna ÇSK VSU
1993 Ukrayna ÇSKA-Borisfen məşqçi
1993—2005 Ukrayna Dinamo (Kiyev) (məşqçi)
2005—2007 Ukrayna Dinamo (Kiyev)
2008 Azərbaycan Neftçi (Bakı)
2010—2011 Özbəkistan Nasaf
2012—2013 Ukrayna Volın
2020 Slovakiya Nitra
Təltif və medalları
UEFA Avropa Çempionatı
Gümüş AFR 1988

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Mündəricat

Bioqrafiya

19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən hokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971–1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub.

"Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib. Anatoli o zaman "r" hərfini tələffüz etməmiş və onu "Mulik" və "Mulya" adlandırıb..

Premyer Liqada ilk matçına 18 may 1978-ci ildə "Dnepr"in heyətində "Kayrat"la səfər matçında çıxıb (0:1, 90 dəqiqə oynayıb). 1978-ci ildə 20 oyun keçirib və 1 qol vurub ("Zenit"in qapısına).

Demyanenko, Sovet İttifaqın müxtəlif milli komandalarına çağrılıb. 23 oktyabr 1981-ci ildə əsas yığmada Türkiyə milli komandasına qarşı debüt edib. SSRİ millisi həmin oyunda 4:0 hesabı ilə qalib gəlib və bu matçda həmçinin Demyanenko da qol vurub. O vaxtdan bəri Anatoli SSRİ millisinin aparıcı oyunçusu olmuşdur.

1984-cü ilin sonunda, atasının xəstələnməsi səbəbindən Demyanenko yenidən Dneprə köçmək niyyəti oldu, lakin Lobanovskinin inadına görə Kiyevdə qalıb. 1985-ci ildə "Futbol-Hokkey" həftəlik jurnalının versiyasına görə SSRİ-nin ən yaxşı futbolçusu olmuşdur.

1986–1990-cı illərdə "Dinamo" Kiyev klubunun kapitanı olub. Demək olar ki mövsümlərin hamısında çıxış edib — yalnız 5 aprel 1989-cu ildə "Pamir" Düşənbə ilə oyunda ayaq biləyi zədələnib və mövsümün sonuna qədər oynaya bilməyib.

Demyanenkoya meydanın sol tərəfindəki yorulmaz işinə görə "iki ürəkli" futbolçu deyilib. Hücumla aktiv əlaqələri tez-tez onun qol vurmasına səbəb olub.

1991-ci ildə Almaniyanın [[Maqdeburq FK|"Maqdeburq" komandası ilə müqavilə bağlayıb. Komandaya 2. Bundesliqaya vəsiqə qazanmaq tapşırığı verilmişdi, amma həmin tapşırıq yerinə yetirilə bilmədi. Müqavilənin şərtlərinə görə, bu vəziyyətdə onun xidmətləri rədd edildi, çünki klubun yarı-peşəkar statusu Demyanenkoya müqavilədə göstərilən məbləğləri ödəməyə imkan vermədi. Bundan sonra Anatoli Kiyevə qayıdıb, burada bir müddət "Dinamo" ilə məşq edib. Tezliklə Polşanın "Vidzev" klubundan dəvət aldı və 1991-ci ilin yayında bu klub ilə müqavilə imzaladı. Yeni komandada əvvəlcə yarımmüdafiəçi kimi oynayıb, lakin daha sonramüdafiəçi mövqeyinə keçib. "Vidzev"də ayda 5 min dollar maaş alırdı. Müqavilə 1993-cü ilin sonunadək bağlansa da, maddi çətinliklər səbəbindən komanda 1991/92 mövsümünün sonunda müqaviləni ləğv etmək qərarına gəldi.

1992-ci ilin yayında "Dinamo"ya qayıdıb və klub ilə avrokubok matçlarında iştirak edib.

Məşqçilik karyerası

Oyunçu karyerasını başa vurduqdan sonra məşqçilik ilə məşğul olub. Əvvəlcə Viktor Kolotov onu "Borisfen"də köməkçi olmağa dəvət edib. Bir müddət sonra Qriqori Surkis, o zaman "Dinamo"nu qəbul edən Yojef Sabonun təklifi ilə Demyanenkonu Sabonun köməkçisi olaraq doğma klubuna dəvət edib. 2005-ci ilə qədər "Dinamo"da məşqçilər korpusunun üzvü olub.

2005-ci ildən "Dinamo"nun baş məşqçisi vəzifəsində çalışıb. 20 sentyabr 2007-ci ildə qarşılıqlı razılaşma ilə klubdan ayrılıb. 2007-ci ildə komanda ilə birlikdə qızıl dubla imza atıb və Ukraynanın ən yaxşı məşqçisi seçilmişdir (2007). Ancaq həmin il "Dinamo" Avropada uğurlu çıxış edə bilməyib:

"Dinamo" 1:4 "Styaua", "Real Madrid" 1:5 "Dinamo"

4 yanvar 2008-ci ildə çex mütəxəssis Vlastimil Petrjelanın əvəzinə "Neftçi" (Bakı) klubunun baş məşqçisi təyin olunub. 23 avqust 2008-ci ildə "Neftçi"dən qovulub.

9 avqust 2010-cu ildə Özbəkistanın "Nasaf" (Qarşi) klubuna baş məşqçi təyin edilib. 18 oktyabr 2011-ci ildə klubla AFK Kubokunu qazanıb.

8 yanvar 2012-ci ildə "Volın" (Lutsk) klubunun baş məşqçisi olub. 26 aprel 2013-cü ildə qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib.

2020-ci ilin yanvarında, Slovakiyanın "Nitra" klubunun baş məşqçisi təyin olunub, lakin aprel ayında artıq klubu tərk edib.

Nailiyyətləri

Klub

Futbolçu

"Dinamo" (Kiyev)

  • SSRİ çempionu (5): 1980, 1981, 1985, 1986, 1990
  • SSRİ Kubokunun qalibi (4): 1982, 1985, 1987, 1990
  • SSRİ Superkubokunun qalibi (3): 1981, 1986, 1987
  • UEFA Kuboklar Kubokunun qalibi: 1986
  • UEFA Superkubokunun finalçısı (1): 1986

SSRİ yığması

  • Avropa U-21 çempionu: 1980
  • Avropa vitse-çempionu: 1988

Məşqçi

"Dinamo" (Kiyev)

  • Ukrayna çempionu: 2007
  • Ukrayna kubokunun qalibi: 2006, 2007
  • Ukrayna Superkubokunun qalibi: 2007

"Neftçi" (Bakı)

  • Azərbaycan çempionatının bürünc medal mükafatçısı: 2009

"Nasaf"

  • Özbəkistan çempionatının gümüş medal mükafatçısı: 2011
  • AFK Kuboku: 2011

Şəxsi

  • Ukraynada İlin Futbolçusu (2): 1982, 1985
  • SSRİ-də ilin futbolçusu (Futbol həftəlik jurnalı): 1985
  • SSRİ-nin ikinci futbolçusu: 1982
  • SSRİ-nin 33 ən yaxşı futbolçusunun siyahısı (9): № 1 (1981–1986 və 1988), № 2 (1980), № 3 (1979)
  • Ukrayna SSR-in ən yaxşı futbolçularının siyahısı (8): № 1 (1981–1986, 1988), № 2 (1979, 1980)
  • Beynəlxalq İdman Ustası: 1980
  • SSRİ-nin əməkdar idman ustası: 1986
  • Ukraynada ilin baş məşqçisi: 2007
  • Qızıl top üçün namizəd (2): 1985 (29–38 yer), 1988 (13–16 yer)
  • Dünya çempionatının iştirakçısı: 1982, 1986, 1990
  • SSRİ milli komandasında 80 matç keçirib (bütün milli komandanın oyunçuları arasında 4-cü yer), 6 qol vurub

Mükafatları

  • "Xidmətlərinə görə" ordeni: III dərəcəli (2004), II dərəcəli (2006) və I dərəcəli (2016)

Çıxış statistikası

Klub Sezon Çempionat Kubok Avrokubok Superkubok Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Dnepr 1978 201------201
Dinamo 1979 3203062--412
1980 3228020--422
1981 292405010392
1982 3253041--396
1983 3331020--363
1984 33270----402
1985 3482192--4511
1986 292509010442
1987 291421010353
1988 30140----341
1989 5220----72
1990 1501010--170
Maqdeburq 1990/91 30------30
Vidzev 1991/92 130------130
Dinamo 1992/93 1412040--201
Dinamo üçün cəmi 347294634353043937
Karyerası boyunca cəmi 383304634353047538
  • SSRİ Kuboklarında və avrokuboklarda statistika "payız-yaz" sxeminə əsasən tərtib olunur.

Ailəsi

  • Birinci həyat yoldaşı — Yelena. Oğlu Taras tennis ilə məşğul olub (idman ustası). Qızı — Yekaterina.
  • İkinci həyat yoldaşı — İrina. 2 oğlu var: Denis (2000), Aleksey (2010)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anatoli Demyanenko haqqında məlumat. Anatoli Demyanenko nədir? Anatoli Demyanenko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leyden

  • Fevral 27, 2026

    Mari

  • Fevral 26, 2026

    BMP (format)

  • Fevral 27, 2026

    Həmidoğulları bəyliyi

  • Fevral 27, 2026

    Karfagen

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst