Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür. Boks qarşıl

Boks

  • Ana Səhifə
  • Vikipediya
  • Boks

Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür. Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir.

Boks
Roy Cons və Feliks Trinidad arasında matç
Roy Cons və Feliks Trinidad arasında matç
Ümumi məlumatlar
Mənşə ölkəsi
  •  İngiltərə
Xüsusiyyətləri
Tipi əl zərbələri ilə vurmaq
Cinsiyyətə görə kişi və qadın
Oyunçu sayı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur.

Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər. Həm həvəskar həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edirlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.

Mündəricat

Tarixi

Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.

İlk olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülmüşdür. Məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Əlcəzairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, boks (yumruq döyüşü) qədim dövrlərdə Afrikanın cənubunda da özünə pərəstişkarlar tapıb.[mənbə göstərilməlidir]

Boksun idman növü kimi inkişaf etməsi

Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu — Broton qaydalarını hazırlayıb. 1867-ci ildə Kuinsberri Markizin yeni boks yarış qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüş raundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb.[mənbə göstərilməlidir]

Tutmalara qadağa qoyulması boksu güləşə oxşamaqdan xilas edib. Daha yumuşaq əlcəklərdən istifadə olunması təhlükəsizlik yaratmaqla yanaşı, zərbələrin rəngarəngliyini də artırıb. Kuinsberrinin yarış qaydaları müasir boksda həm peşəkarlar, həm də həvəskarlar üçün əsas qayda oldu.[mənbə göstərilməlidir]

FİBA-nın yaranması

1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmaga başladı. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunub. Dünya çempionatı isə bundan 50 il sonra 1974-cü ildə keçirilib. 1991-ci ilə qədər Dünya çempionatları hər dörd ildən bir təşkil olunurdu. Bundan sonra bu yarış Avropa çempionatları kimi iki ildən bir keçirilməyə başladı.[mənbə göstərilməlidir]

Dünya çempionatlarında qələbələrin sayına görə rekordçu kubalı Feliks Savondur — 6 qat Dünya çempionu. O, 2000-ci ildə Sidney Olimpiadasında 3 qat Olimpiya çempionu olduqdan sonra bu göstəricidə Teofilo Stevinson və Laslo Pappanı qabaqladı. Avropa çempionatlarında ən yaxşı nəticə göstərmiş boksçu polşalı Zbiqnev Petşikovskidir. O, qitə çempionatında 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.[mənbə göstərilməlidir]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boks haqqında məlumat. Boks nədir? Boks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Gilan

  • Fevral 27, 2026

    Nüvəlilər

  • Fevral 26, 2026

    Kirlənmə

  • Fevral 27, 2026

    Sidik

  • Fevral 27, 2026

    Avacıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst