Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Radioteleskop — Kainat obyektinin radiodiapazonda şüalanmasını müşahidə etmək üçün tətbiq olunan cihaz.

Radioteleskop

  • Ana Səhifə
  • Vikipediya
  • Radioteleskop

Radioteleskop — Kainat obyektinin radiodiapazonda şüalanmasını müşahidə etmək üçün tətbiq olunan cihaz.

4 m-lik Radioteleskop, Parkes Rəsədxanası

Mündəricat

Haqqında

Radioteleskopun əsas elementləri onun antenası və gücləndiriciyə malik həssas radioqəbuledicisidir. Radioşüalanma antena üzərinə düşərək əks olunub şüalandırıcıda toplanır ondan kabel vasitasilə siqnallar qəbulediciyə ötürülür, gücləndirildikdən sonra özü yazan cihazda — potensiometrdə qeydə alınır.

Quruluşu

Antenaların konstruksiyaları çox müxtəlifdir. Millimetrlik və Santimetrlik dalğaları qəbul etmək üçün antena diametri bir neçə on metr olan parobolik bütöv metal güzgüdən ibarət olur. Desimetrlik və metrlik diapazonlarda işləyən radioteleskopun antenası paraboloidə yaxın formalı metal şəbəkədən ibarət olur; belə antena bütöv metal antenaya nisbətən çox ağır olmadığından çox böyük ölçüdə düzəltmək nisbətən asan olur. Bu cür böyük teleskop, adətən, ekvatorial qurğuda quraşdırılır. Radioteleskopda nisbətən ensiz tezlik intervalında radioşüaları qeyd etmək olur. Geniş dalğa uzunluqları diapazonunda kosmik radioşüalanmaların müşahidələrini aparmaq üçün belə teleskopun antenası çox sayda müstəvi metal güzgülərdən düzəldilir. Bu güzgülər ardıcıl olaraq yan-yana elə qurulur ki, alınan bütöv səthin forması paraboloidin seqmentinə oxşamaqla qapalı halqa şəklində olsun. Belə radioteleskoplar tərpənməz, yəni stasionar olur, şüalandırıcılarını isə kiçik intervalda sürüşdürmək olur.

Özəllikləri

Obyekt zenitə yaxın olanda şüalanma halqanın tam səthinə düşür, üfüqə yaxınlaşdıqca halqa səthinin daha kiçik hissəsi şüalanmanı qəbul edə bilir. Bir neçə metrlik dalğalarda işləyən radioteleskopun antenası müəyyən qaydada düzülən bir neçə antena-dipoldan ibarət olur. Antenanın ən böyük həssaslığı onun elektrik oxu istiqamətindədir. Odur ki, mənbə bu istiqamətdə olanda ondan qəbul olunan şüalanmanın gücü də ən böyük (Pmax)olur. Beləliklə, radioteleskopun həssaslığı nöqtəvi mənbəyin antenaya nisbətən vəziyyətindən asılıdır. Bu prinsip əsasən hər bir antena istiqamətlənmə diaqramı, yaxud istiqamətlənmə bucağı adlanan və radioteleskopun ayırdetməsini təyin edən parametrlə səciyyələnir. Parabolik antenanın elektrik oxu onun optik oxuna yaxındır. Obyekt antenanın elektrik oxundan uzaqlaşdıqca qəbul olunan şüalanmanın gücü azalır. Bu səbəbdən elektrik oxundan müəyyən ø bucağı qədər bucaq məsafəsində qəbul olunan şüalanmanın gücü Pmax/2 olur. Parabolik antena üçün Pmax/2-yə uyğun bucaq ø=θ/2 -dir. Şüalanma gücünün maksimumunun yarısına bərabar qiymətinə uyğun istiqamətləndirmə bucağı təqribən antenanın bucaq ayırdetməsinə bərabərdir. Antenanın ayırdetməsinin məhdud olması optik teleskoplarda olduğu kimi difraksiya ilə əlaqədardır. Ölçmələr göstərir ki, ən böyük radioteleskoplardan biri olan RATAN-600-də (D=б00 m), hətta çox qısa radiodalğalarda (məsələn, λ=8mm-də) müşahidə aparılıqda belə, teleskopun ayırdetməsi 0 = 3" olur, yəni aralarındakı bucaq məsafəsi 3"-dən kiçik olan nöqtəvi obyektlər bu nəhəng teleskopda ayrılıqda müşahidə olunmur. Halbuki, orta güclü optik teleskopda effektiv dalğa uzunluğunda ayırdetmə 0",07-dir (fərq 40 dəfədir).

Radiointerferometrlər

Radiomüşahidələrdə ayırdetməni artırmaq problemi radiointerferometr adlanan radioteleskopların yaradılması ilə həll olundu. Radiointerferometrin iş prinsipi elektromaqnit şüalanmasının interferensiyasına əsaslanır.

Həmçinin bax

  • Teleskop
  • Radioastronomiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Radioteleskop haqqında məlumat. Radioteleskop nədir? Radioteleskop nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kroudsorsinq

  • Fevral 28, 2026

    Dambur

  • Fevral 27, 2026

    Toqhon Teymur

  • Fevral 25, 2026

    Azərbaycan kinosu

  • Fevral 28, 2026

    Əjdaha (bürc)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst