Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, pla

Okavanqo deltası

  • Ana Səhifə
  • Vikipediya
  • Okavanqo deltası

Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır. Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır. Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır. 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu.

UNESCO-nun Ümumdünya irsi obyekti
Okavanqo deltası
Okavango Delta 
Ölkə Botsvana Botsvana
Tip Təbii
Kriteriya (vii), (ix), (x)
Keçid 1432
Region Afrika 
Daxil edilməsi 2014  (38-ci sessiya)
Okavanqo deltası xəritədə
Okavanqo deltası
Okavanqo deltası
  1. İngilis dilindəki rəsmi siyahı
  2. UNESCO-nun təsnifatına görə bölgə

Mündəricat

Vəhşi həyat

Fauna

Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.

Buradakı növlərə savanna fili, şir, Mavi qnu, sitatunqa, kisəli ceyran, adi kanna, böyük kudu, duker, adi stenbok, adi köpgəröküz, qara antilop, impala, boz antilop, düzənlik zebri, topi, Cənubi Afrika zürafəsi, liçi, Afrika kəli, begemot, qara kərgədan, ağ kərgədan, Afrika çöl iti, Nil timsahı, leopard, Afrika bəbiri, çakma pavianı, qonur kaftar, xallı kaftar, buxaqlı donuz və vervet meymunu daxildir.

Delta həmçinin Afrika balıq qartalı, zolaqlı balıq bayquşu, Misir qazı, Afrika yakanı, Afrika marabusu, kəkilli durna, Afrika ilanboyunu, Kərgədan quşu, dəvəquşu, çəkicbaş, müqəddəs ibis, balıqçıllar, qızlarquşular kimi 400-dən çox quş növününes evidir.

Deltadakı və ətrafındakı təxminən 200.000 iri məməlinin əksəriyyəti il boyu daimi sakin deyil: yay yağışları ilə qida üçün təzə sahələr tapmaq üçün köç edir, qış yaxınlaşdıqda isə geri qayıdırlar. Böyük camış və fil sürülərində təxminən 30.000 heyvan var.

Flora

Delta müxtəlif bitkilər üçün sığınacaqdır. Deltanın yuxarı hissəsi sıx papiros kolluqları ilə örtülmüşdür. Daimi su ilə örtülmüş sahələrdə azsayda ağ suzanbağına rast gəlinir.

Qalereya

  • Deltanın xəritəsi
    Deltanın xəritəsi
  • Sərbəst kanallar və göllər, bataqlıqlar və adalar Okavanqo deltası üçün tipik bölgələrdir.
    Sərbəst kanallar və göllər, bataqlıqlar və adalar Okavanqo deltası üçün tipik bölgələrdir.
  • Deltanın sel sularının azaldığı dövrdə havadan fotosu, Avqust 2012
    Deltanın sel sularının azaldığı dövrdə havadan fotosu, Avqust 2012

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Okavanqo deltası haqqında məlumat. Okavanqo deltası nədir? Okavanqo deltası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yosunlar

  • Fevral 27, 2026

    Bartolomeo Kolumb

  • Fevral 27, 2026

    Allahabad

  • Fevral 27, 2026

    E.ə. 174

  • Fevral 27, 2026

    Vilyam Vulls

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst