Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın

Nigar Camal

  • Ana Səhifə
  • Vikipediya
  • Nigar Camal

Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu.

Nigar Camal
Nigar Camal
Ümumi məlumatlar
Ləqəbi Nikki
Doğum tarixi 7 sentyabr 1980 (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan→
 Böyük Britaniya
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2011—
Janr Pop
Təhsili
  • Xəzər Universiteti
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
eldarnigar.eurovisiontalents.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi.

4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nikahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.

Karyerası

56-cı Avroviziya Mahnı Müsabiqəsi

Nigar Camal 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turlarına qatıldı. O, seçim turunun sonuncu, 7-ci həftəsində səhnəyə çıxdı. Dekabrın 27-dən 31-nə qədər baş tutan həftənin sonunda Nigar Camal 12 ifaçı sırasında İlhamə Qasımova ilə birgə yarım-final şousuna vəsiqə qazandı. Yanvarın 10-dan 14-nə qədər keçirilən yarım-final şousunda isə Nigar Camal finala vəsiqə qazanan 5 ifaçıdan biri oldu.

Albomları

  • "Play With Me"

Sinqlları

İl Mahnı
2011 "Running Scared" (Eldar Qasımov ilə)
"Crush on you"
2012 "Qal" (Miri Yusif ilə)
"Universe" (Karen Viuff ilə)
"Can't Let You Go"
"Priceless" (Eldar Qasımov ilə)
"Sevdiyimə nifrət edirəm"
2013 "Обними меня" (Dima Bilan ilə)
"Music Still Alive" (Eldar Qasımov ilə)
"Kəpənəklər"
2014 "Yalan"
2015  Herhalde
2016 "Çağıran da ürəkdi"
2017 "Sus"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nigar Camal haqqında məlumat. Nigar Camal nədir? Nigar Camal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Pavel Sisianov

  • Fevral 23, 2026

    Ekvatorial Qvineya

  • Fevral 23, 2026

    Xristianlıq

  • Fevral 23, 2026

    16 yanvar

  • Fevral 23, 2026

    17 sentyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst