Varmaziyar, Varmaziar, Arevaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçtniədzin) rayonunda kənd.
| Varmaziyar | |
|---|---|
| |
| 40°02′21″ şm. e. 44°32′30″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 853 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Varmaziyar | |
Haqqında
Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponimi
Toponim türk dilində "dərə, vadi, dərin yarğan" mənasında işlənən var və ərəb dilində "ziyarət yeri, ziyarət olunan yer, qəbir" mənasında işlənən məzar sözlərindən əmələ gəlib, "dərədə, vadidə olan kənd" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arevaşat qoyulmuşdur. XIX əsrin ortalarında ermənilər yerləşərək Azərbaycan türklərini sıxışdırmışlar. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Arevşat adlandırılmışdır. İran dillərində var "qala", "möhkəmləndirilmiş kənd" sözündən və Məzyar şəxs adından ibarətdir. Naxçıvanda Vərməziyar kənd adı ilə mənşəcə eynidir.
Əhalisi
Kənddə 1831-ci ildə 61 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–29-cu illərdə indi Ermənistan adlanan əraziyə İranın Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər həm də burada yerləşdirilmiş və azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Varmaziyar haqqında məlumat. Varmaziyar nədir? Varmaziyar nə deməkdir?

