Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Bəzgək

  • Ana Səhifə
  • Vikipediya
  • Bəzgək

Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Bəzgək
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Bəzgək
Beynəlxalq elmi adı
  • Tetrax tetrax L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  563379
NCBI  172684
EOL  45513581
FW  

Mündəricat

Təsviri

Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Erkəklərin boynu qaradır, lakin iki yerdə ağ "boyunluğu" var.

Yayılması

Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Azərbaycan, növün ümumi populyasiyasının təxminən 69%-ni təşkil edən, qlobal əhəmiyyətli qışlayan populyasiyaya ev sahibliyi edir.

Həyat tərzi

Yarımsəhra və bozqırlarda, bəzən taxıl sahələrində yaşayır. Gündüz fəal olur. Azərbaycanda qışlayan və ötüb keçən populyasiyaları var. Payız miqrasiyası sentyabrın sonu, oktyabrın əvvəllərində, yaz miqrasiyası isə martda olur. Həşəratla, bitki toxumları və cücərtilərlə qidalanır

Sayı

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40–50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalmışdır. Yuvalayan populyasiyası məhv edilmişdir.

Azərbaycanda hər il qışlayan bəzgəklərin sayı həm ümumilikdə, həm də bölgələr üzrə dəyişir və bu, regional və yerli hava şəraitindən asılıdır. 1971-ci ildə Qızılağacda 62,300 quş qeydə alınsa da 1984/85 və 1985/86-cı illərdə heç bir quş tapmamışdır.

2005/06 qış monitorinqindən sonra Gauger (2007) Azərbaycan üzrə qışlayan bəzgəklərin minimum sayını 150,000, maksimum sayını isə 200,000 olaraq qiymətləndirmişdir. Ən son sorğuların məlumatlarına əsaslanaraq, Azərbaycan üzrə bəzgəklərin illik qışlayan populyasiyası təxminən 65 600 ilə 208 100 fərd arasında qiymətləndirilir.

Azalma səbəbləri

1990-cı illərə qədər bozqır və yarımsəhra sahələrinin əksər hissəsinin pambıq, üzüm və meyvə-tərəvəz əkini altına alınması, dağətəyi və düzən rayonlarda çoxlu mal-qara otarılması, taxıl əkini sahələrinin azaldılması və qanunsuz ovçuluq halları bəzgəyin sayını azaldır. Son bir neçə ildə bəzgəklər Azərbaycanda yeni və önəmli bir problemlə də üzləşmişdirː Körfəz ölkələrinin laçınçıların tərəfindən ovlanmaq riski

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuvalayan populyasiyasını bərpa etmək üçün süni şəraitdə çoxaldılıb növ üçün səciyyəvi olan biotoplara buraxmaq, Kür-Araz və Lənkəran ovalıqlarında taxıl bitkiləri əkininin genişləndirilməsi, Ceyrançöl, Acınohur və Sarıca düzlərində yasaqlıq yaradılması vacibdir.

Şəkillər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəzgək haqqında məlumat. Bəzgək nədir? Bəzgək nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Göy gurultusu

  • Fevral 23, 2026

    17 noyabr

  • Fevral 23, 2026

    24 yanvar

  • Fevral 27, 2026

    Alosa

  • Fevral 27, 2026

    Katod

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst