Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbayca

Vəfa Fətullayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Vəfa Fətullayeva

Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).

Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva
Doğum tarixi 25 avqust 1945(1945-08-25)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 may 1987(1987-05-21) (41 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Nüsrət Fətullayev
Anası Hökümə Qurbanova
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1970–1987
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1984
IMDb ID3429701

Mündəricat

Həyatı

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar.

Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. Teatrda işlədiyi dövrlərdə bir-birindən bənzərsiz insan surətləri yaradıb. Yaradıcılığının çiçəklənən dövründə xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovadır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
  • Azərbaycan SSR dövlət mükafatı — 1984

Rolları

  • Mamili ("Qış nağılı", U. Şekspir),
  • Gülgəz ("Mahnı dağlarda qaldı", İ. Əfəndiyev),
  • Şirin ("Məhəbbət əfsanəsi", N. Hikmət),
  • Tənzilə ("Sən yanmasan", N. Xəzri),
  • Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov),
  • Beatriçe ("Heç nədən hay-küy", U. Şekspir),
  • Bənövşə ("Kəndçi qızı", M. İbrahimov),
  • Dildar ("İnsan", S. Vurğun),
  • Zeynəb ("Sizi deyib gəlmişəm", Anar),
  • Fəridə ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev),
  • Rəna ("İblis", H. Cavid),
  • Xuraman ("Vaqif", S. Vurğun),
  • Pakizə ("Mirzə Şəfi Vazeh", N. Xəzri),
  • Burla Xatun ("Torpağa sancılar qılınc", N. Xəzri),
  • İnanc Xatın ("Atabəylər", N. Həsənzadə),
  • Doktorun qızı ("Şöhrət və ya unudulan adam", N. Hikmət),
  • Arzu ("Kimdir haqlı?", B. Vahabzadə),
  • Qadın ("Karıxmış sultan", T.Əl-Hakimi),
  • Alagöz ("Küləklər", S. Rəhman), və s.
  1. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
  2. Atayevlər ailəsi (film, 1978)
  3. Bizim qəribə taleyimiz (film, 2005)
  4. Firəngiz (film, 1975)
  5. Göz həkimi (film, 1980)
  6. İnsanlar bataqlıqda (televiziya tamaşası, 1982)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəfa Fətullayeva haqqında məlumat. Vəfa Fətullayeva nədir? Vəfa Fətullayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eserlər

  • Fevral 25, 2026

    Doktorantura

  • Fevral 23, 2026

    23 oktyabr

  • Fevral 27, 2026

    Neonasizm

  • Fevral 27, 2026

    Snejka dağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst