Bladee (əsl adı: Bencamin Rayşvald; 9 aprel 1994, Stokholm, İsveç) — İsveçli repçi, prodüser və dizayner. “Drain Gang” musiqi kollektivinin üzvü olmuşdur. Bladee öz musiqisini Stokholmda yerləşən YEAR0001 adlı səsyazma şirkəti vasitəsilə yayımlayır. Bu şirkətə 2014-cü ildə qoşulub, “Gluee” adlı debüt miksteypi də daxil olmaqla, bütün mahnılarını bu leyblın iştirakı ilə buraxmışdır.
| Bladee | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Benjamin Reichwald |
| Ləqəbi | Bladee |
| Doğum tarixi | 9 aprel 1994 (31 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | repçi, dəb dizayneri, musiqi prodüseri, müğənni |
| Fəaliyyət illəri | 2013-cü ildən |
| Janrlar | klaud rep[d], trep, alternativ R&B[d] |
| Albom şirkətləri | YEAR0001 |
Bladee təkcə musiqi yazıb-oxumaqla kifayətlənmir, o, həm də vizual sənət əsərləri yaratmaqla məşğuldur. Hazırladığı rəsmlərini albomları və sinqlları üçün üz qabığı kimi istifadə edir. Bladee, repçi həmkarı Yung Lean-in geyim markası olan “Sadboys Gear” üçün geyimlər dizayn edir, burada kreativ direktor vəzifəsini tutur.
Həyatı
Bencamin Rayşvald 9 aprel 1994-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Uşaqlığının böyük qismini şəhərin Skanstull bölgəsində keçirmişdir. Bladee 2004-cü ildə Ecco2K kimi tanınan Zak Arogundade ilə tanış olub. Eyni sinifdə oxuyan iki yoldaş 13 yaşlarında “Krossad” adlı pank qrupunu yaradıblar. Qrupla gördüyü işlər gənc Bladee-nin musiqiyə olan sevgisini oyatmışdır.
Bladee məktəbdən ayrıldıqdan sonra uşaq baxçasında işə düzəlmiş, eyni zamanda hobbi kimi musiqi yaradıcılığı ilə məşğul olmağa başlamışdır.
Diskoqrafiya
Studiya albomları
Kollaborativ albomlar
Miksteyplər
Kompilasiya albomları
| Mini-albomlar
Albomlara daxil olmayan sinqllar
|
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bladee haqqında məlumat. Bladee nədir? Bladee nə deməkdir?
