Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orta çağda Bayat tayfası elinin aparıcı və nəcib tayfası Bayat tayfası eli idi. Elxanlar bu tayfadan çıxırdı. Bayat tayfası sonra Otuziki elinin tərkibindən çıx

Müqəddəm eli

  • Ana Səhifə
  • Vikipediya
  • Müqəddəm eli

Müqəddəm eli — Azərbaycan xalqının tanınmış qurumlarından biri. Marağada yaşam sürür.

Mündəricat

Elin tarixi

Məhəmmədhəsən xan Müqəddəm — İranda çap işinin yaradıcılarından biri, tərcüməçi

Orta çağda Bayat tayfası elinin aparıcı və nəcib tayfası Bayat tayfası eli idi. Elxanlar bu tayfadan çıxırdı. Bayat tayfası sonra Otuziki elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Otuziki elinə müqəddəmlər başçılıq etməyə başladılar.

1606-cı ildə I Şah Abbas Qarabağı osmanlılardan azad etdi. Bu dönəmdə Bayat tayfasının başçısı Əmir Ağaxan sultan Müqəddəm idi. Şah Müqəddəm oymağına Marağa vilayətində ölkə təklif etdi. Əmir Ağaxan sultan razılaşıb, oymağı ilə birgə Marağaya köçdü. Özü Marağanın hakimi, oymağı vilayətin axarlı-baxarlı torpaqlarında sakin oldu. Şah butün oymağı çobanbəyi, çöpbaşı və digər ödənclərdən birdəfəlik azad etdi.

1725-ci ildə çoxsaylı Osmanlı ordusu yenidən Azərbaycanı tutdu. Nadirqulu xan Qırxlı-Avşar öncə istilaçı əfqanları məmləkətdən çıxarıb, sonra Osmanlıların dəfinə girişdi. O çağlarda Marağada Müqəddəm elinə vəkil Həsənəli bəy başçılıq edirdi. Vəkil Həsənəli bəy öz eli Müqəddəmlə birgə üsyan qaldırıb, Nadirqulu xanın köməyi ilə Marağanı osmanlılardan azad etdi.

Məhəmmədrza xan Müqəddəm Nadirqulu xan Qırxlı-avşarın cəsur qoşun başçılarından biri idi.

1730-cu ildə Marağaya gələn Nadirqulu xan Müqəddəm elinin varlı-hallı adamlarından olan Əbdürrəzzaq bəyi hakim təyin etdi. Əbdürrəzzaq bəy Nadirqulu xandan xoflanıb, ailəsi ilə birlikdə Bağdada qaçdı. Marağanın hakimi və Müqəddəm elinin başçısı vəkil Həsənəli bəy oldu. Həsənəli bəy ömrünün sonuna qədər, 1744-cü ilədək Marağaya başçılıq etdi.

1744-cü ildə Həsənəli bəyin oğlu Əliqulu xan Marağaya və Müqəddəm elinə başçılıq etməyə başladı. Nadir şah Avşarın ölümündən sonra, 1747-ci ildə Əliqulu xan Marağanı müstəqil, özünü isə hakim-mütləq elan etdi. Əliqulu xandan sonra oğlu Hacı Əliməhəmməd xan Marağanın hakimi oldu.

Hacı Əliməhəmməd xan basqınçı əfqanların və kürdlərin qarşısını almışdı. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Hicri qəməri 1174-cü ildə Azad xan Məhəmmədhəsən xan tərəfindən məğlub olub, Bağdada qaçmışdı. Ordan İranda baş verən hadisələri izləyirdi. Kərim xan Zəndin Məhəmmədhəsən xana qələbəsini eşidib, fürsəti münasib görüb, qohumlaşdığı Həkkari əşirətindən yardım istədi. Onlar bu qohumluğa görə, 15 min nəfərlik ordu toplayıb, sevincək Təbriz şəhərinə yola düşdülər. Marağa şəhərinin iki ağaclığındakı Binab şəhərinə yetişdilər. Hacı Əliməhəmməd ağa Müqəddəm çox huşlu-başlı bir adam idi və el onun bir sözünü iki eləmirdi. Azərbaycanın valisinə vergi verməkdən imtina etmişdi. Azad xanın ordusunun Marağa ətrafına gəlməsinə narahat oldu. Naçar qalıb Fətəli xanla dostlaşdı. Fətəli xana məktub yazıb, yardım istədi. Fətəli xan tabeliyində olan Şahbaz xan Nəcəfqulu xan Dünbilini 1000 nəfərlik qoşunla ona köməyə göndərdi. Azad xan Binab şəhərini odlayıb, adlı-sanlı adamları öldürüb, qalan kişi və qadınları əsir götürdü. Bu xəbəri eşidən Fətəli xan əfqanların özbaşınalıqlarından səbri tükəndi. Qoşunu toplayıb, Marağaya üz tutdu. Marağaya yetişəndə Hacı Əliməhəmməd ağa Müqəddəm də ona qoşuldu. Avşar ordusu, Şahbaz xanın qoşunu və Hacı Əliməhəmməd ağa Fətəli xanla birlikdə düşmən ordusuna hücuma başladılar. Bir həmlədə əfqanları və həkkariləri darmadağın etdilər. Azad xan qaçıb, Gürcüstana getdi".

Kərim xan Zənd özünü "vəkili-şahi-İran" elan edib, xanlıqların müstəqilliklərinə son qoyaraq birər-birər hamısını asılı vəziyyətə saldı. Bir çox xanlarla bərabər Hacı Əliməhəmməd xan Müqəddəmi də girov kimi sarayına apardı. Ondan sonra Marağanın hakimi Əhməd xan Müqəddəm oldu.

Əhməd xan Müqəddəm Fətəli şah Qacarın hakimiyyətinə qədər Marağaya və Müqəddəm elinə başçılıq etdi. Əmisi oğlu Cəfərqulu xanla və Məhəmmədhəsən xanla çiyin-çiyinə Müqəddəm elinin başında Rusiya-İran savaşlarında qılınc çaldı.

Əhməd xan Müqəddəm 1797-ci ildə Günеy Azərbaycanın bəylərbəyi təyin edilmişdi.

Bu səfər zamanı Abbas mirzə Azərbaycanın bəylərbəyi Əhməd xan Müqəddəmlə tanış və dost olmağı bacardı. Yaşlanmış bəylərbəyi Qacar dövlətinin qurulmasında əməyi keçmiş, bir neçə savaşa da qatılmışdı. Abbas mirzə bəylərbəyinin savaş təcrübələrindən, bilgilərindən yararlanmaq istəyirdi. Bəylərbəyi silah kolleksionunu Abbas mirzəyə göstərdi. Kolleksionda gözəl səliqəylə yapılmış türlü-türlü qılınclar, yüngül atəşli silahlar var idi. Bəylərbəyi ömrünün sonuna qədər Abbas mirzəyə xidmətdə bulundu.

Əhməd xan Bakıda olmuşdu. Tarixçi Əminə Pakrəvan yazır: "Bakının mühasirəsi uzun sürdü. Abbas mirzə, Əhməd xan bəylərbəyi və sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn xan Qacarı Abşeron tərəfindən Bakıya hücum etmələri üçün görəvləndirdi. Abşeron tərəfindən hücum Bakının fəthi üçün düşünülməmişdi, çünki bu yolla Bakını fəth etmənin mümkün olmayacağını Abbas mirzə bilirdi".

Tarixçi daha sonra yazır: "Cahangir mirzə atasının əski dostu Əhməd xan Müqəddəmin oğulları ilə bərabər Marağa alayını kontrol edəcəkdilər. Əhməd xanın oğulları minbaşı Cəfərqulu xan və yenə də minbaşı Hüseynpaşa xan Azərbaycan ordusunun ən başarılı komutanlarından idilər".

Abbas mirza Müqəddəm elindən 5000 evi Xorasan bölgəsinə məcburi olaraq köçürmüşdü. Onlardan 2.000 ailə Qəzvinin Ziyaabad bölgəsində qalmış, 3.000 ailə isə Xorasanda bir müddət yaşayandan sonra təkrar Marağaya dönmüşdülər.

Müqəddəm eli içindən çoxlu ünlü adamlar çıxıb. I Şah Abbasın ağalıq dönəmində Tizrov sultan Müqəddəm Gürcüstana yürüş edən Qızılbaş qoşunu başçılarından idi. XVII yüzilin iri feodallarından biri Məhəmmədəli xan Bağır xan oğlu Müqəddəm elm adamlarına əl tutan, ehsan yiyəsi olub.

Müqəddəm soyu

Müqəddəm elinə malik xanlar Müqəddəm, Müqəddəm-Marağayi, Etimadi-Müqəddəm və başqa soyadları daşıyırlar.

Həmçinin bax

  • Əmir Ağaxan sultan Müqəddəm
  • Əhməd xan Müqəddəm
  • Mirzə Hüseyn xan Müqəddəm
  • Məhəmmədhəsən xan Müqəddəm
  • Səməd xan Şücaəddövlə
  • Marağa xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müqəddəm eli haqqında məlumat. Müqəddəm eli nədir? Müqəddəm eli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 264

  • Fevral 27, 2026

    İbrahim Əhrari

  • Fevral 27, 2026

    Həmkarlar ittifaqı

  • Fevral 16, 2026

    Arizona

  • Fevral 27, 2026

    Dil-udlaq siniri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst