Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paytakaran — Qafqaz Albaniyasına daxil olan əyalətlərdən (nahanq) biri. Paytakaran mənbələrdə müxtəlif adlarla - Kaspk / Kazbk (erməni mənbələrində), Kaspiana (

Paytakaran

  • Ana Səhifə
  • Vikipediya
  • Paytakaran

Paytakaran — Qafqaz Albaniyasına daxil olan əyalətlərdən (nahanq) biri. Paytakaran mənbələrdə müxtəlif adlarla - Kaspk / Kazbk (erməni mənbələrində), Kaspiana (yunan-Roma mənbələrində), Paytakaran-Balasikan (Musa Kalankatlı və bəzi erməni mənbələrində), Balasakan / Balasəcan / Balasican / Bələsican (fars və ərəbdilli mənbələrdə) və s. formada adlandırılmışdır.

Albaniya və qonşu ölkələr (VI əsr-VIII əsrin əvvəlləri) - Təerib edəni: İ.S.Süleymanov

Bu əyalət müasir Şimali Azərbaycanın cənub-şərq hissəsində yerləşmiş və şərqdə Xəzər dənizinin sahillərinə kimi uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsi də Paytakaranın tərkibinə daxil idi. Bəzi vaxtlarda Paytakaran Atropatenanın şimal-şərq torpaqlarını da öz tərkibinə birləşdirmişdir. Ehtimal olunur ki, Şirvanın Xəzər dənizinə kimi cənub-şərq hissəsi Abşeron yarımadası ilə birlikdə Paytakaranın tərkibində olmuşdur.

Mərkəzi eyniadlı Paytakaran (böyük ehtimalla Beyləqan) şəhəri idi. Paytakaran siyasi cəhətdən bəzən Qafqaz Albaniyasının tərkibində, bəzən isə müstəqil olmuşdur. Lakin IV əsrin ikinci yarısından bu əyalət Albaniyanın tərkibinə daxil idi. V-VIII əsrlərdə Balasakanda qafqaz albanları, kaspilər, hunlar, xəzərlər, akasirlər və başqa tayfalar yaşamışdır.

Hazırda Cənubi Azərbaycanın Sarab şəhristanında yerləşən Biləsicin kəndinin adı Balasakan vilayətinin adından qalma bir toponim (yer adı) ola bilər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paytakaran haqqında məlumat. Paytakaran nədir? Paytakaran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Vikipediya

  • Fevral 24, 2026

    Tanrı

  • Fevral 10, 2026

    Paris

  • Fevral 24, 2026

    Kaynozoy

  • Fevral 24, 2026

    Vyana

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst