Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teat

Anje Vayda

  • Ana Səhifə
  • Vikipediya
  • Anje Vayda

Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru.

ANJE VAYDA
pol. Andrzej Wajda
Doğum tarixi 6 mart 1926
Doğum yeri Suvalki, Polşa Polşa
Vəfat tarixi 9 oktyabr 2016 (90 yaşında) (90 yaşında)
Vəfat yeri Varşava, Polşa Polşa
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1951-bu günə qədər
Üzvlüyü
  • Berlin İncəsənət Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Təsviri Sənət Akademiyası
Mükafatları Work Flag Order, 2nd class "Dostluq" ordeni Golden Medal for Merit to Culture "Fəxri legion" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi 3-cü dərəcəli "Doğan günəş" ordeni "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Order of the Cross of Terra Mariana, 3rd Class "Üç Ulduz" ordeni komandoru "Knyaz Yaroslav Mudrı" ordeni 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Macarıstanın "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi "Ağ qartal" ordeni Grand Cross of the Order of Polonia Restituta Polşa İntibah Ordeninin Zabit xaçı Knight of the Order of Polonia Restituta Commander of the Order for Merits to Lithuania "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin zabit dərəcəsi Order of Cyril and Methodius, 1st Class Gold Medal of the Guardian of National Memorials Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni Order of Danica Hrvatska Medal "Guardian of National Memorials" Kyoto Prize
Qızıl ayı
IMDb ID0906667
İmzanın şəkli
wajda.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi.

O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır. Lakin kursu qurtarmayaraq Lodz kino məktəbinin rejissorluq kursuna daxil olmuşdur.

Anje Vayda təhsil aldığı illərdə Aleksandr Fordun filmində ikinci rejissor kimi çalışır. 1954-cü ildə kino məktəbindəki təhsilini uğurla başa vuran Vayda "Nəsil" filmilə öz debüt işini ortaya qoyur.

Anje Vaydanın daha geniş tanınması "Kanal" filmindən sonra baş verdi. Bu film bir çox mükafatlara layiq görüldü. Hətta bu ekran işi 1957-ci ildə nüfuzlu Kann Beynəlxalq kinofestivalında xüsusi mükafat qazanır. Bu filmin ardınca çəkdiyi "Kül və almaz" filmi həmin dövrün ən uğurlu lentlərindən sayılırdı. Bu film yazıçı Yeji Anceyevskinin romanı əsasında çəkilmişdir. Bundan sonra da Anje Vayda öz filmlərində müharibə mövzusunu davam etdirir.

Komediya janrı Anje Vayda yaradıcılığına o qədər də yaxın deyildi. Lakin rejissor "Günahsız sehrbazlar" və "Milçək ovu" adlı iki filmində bu janra da toxunmuşdur.

Anje Vayda 1987-ci ildə Kioto mükafatını qazandıqdan sonra o, bütün məbləği Krakovda yapon incəsənəti muzeyinə xərcləməyi qərara alır. Bu layihəni yapon memarı Arata İsodzaki pulsuz hazırlayır. Adı çəkilən bu muzey 30 noyabr 1994-cü ildən açıq elan edilmişdir.

10 avqust 2010-cu ildə mədəniyyət sahəsində rus-polyak münasibətlərinin inkişafında böyük əməyinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Böyük rejissor 9 oktyabr 2016-cı ildə 90 yaşında Varşavada vəfat edib.

Filmoqrafiya

  1. Kanal (film, 1956) / Kanał
  2. Dirijor (film, 1980) / Dyrygent

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anje Vayda haqqında məlumat. Anje Vayda nədir? Anje Vayda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    KQB

  • Fevral 27, 2026

    Nikolay Semyonov

  • Fevral 27, 2026

    Edfu

  • Fevral 27, 2026

    Gideon Mantell

  • Fevral 27, 2026

    Din sosiologiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst