Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasınd

Oleq Babak

  • Ana Səhifə
  • Vikipediya
  • Oleq Babak

Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Sovet İttifaqı Qəhrəmanı.

Oleq Babak
rus. Олег Яковлевич Бабак
Doğum tarixi 25 fevral 1967
Doğum yeri Viktoriya, Poltava vilayəti, Ukrayna SSR
Vəfat tarixi 7 aprel 1991 (24 yaşında)
Vəfat yeri Yuxarı Cibikli, Qubadlı rayonu, Azərbaycan SSR
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Viktoriya, Poltava vilayəti, Ukrayna SSR
Vətəndaşlığı Ukraynalı
Atası Yakov Babak
Anası Nadiya Babak
Milliyyəti Ukraynalı
Fəaliyyəti Hərbçi
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası (1988)
Tanınır Sonuncu SSRİ Qəhrəmanı
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

Həyatı

Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib.

Döyüşdə iştirakı

Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR  Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.

Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

Mükafatları

  • SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
  • Lenin ordeni mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oleq Babak haqqında məlumat. Oleq Babak nədir? Oleq Babak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    59 (ədəd)

  • Fevral 27, 2026

    Fransa gerbi

  • Fevral 27, 2026

    Qazprom

  • Fevral 27, 2026

    Tiryək

  • Fevral 23, 2026

    Fəqih

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst