Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəriman Abbasqulu oğlu Əzimov (1 iyun 1936, Kirovabad – 19 noyabr 2016, Bakı) — azərbaycanlı bəstəkar və dirijor, professor (2003), Azərbaycan Respublikasının X

Nəriman Əzimov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəriman Əzimov

Nəriman Abbasqulu oğlu Əzimov (1 iyun 1936, Kirovabad – 19 noyabr 2016, Bakı) — azərbaycanlı bəstəkar və dirijor, professor (2003), Azərbaycan Respublikasının Xalq artisti (1991), Prezident təqaüdçüsü.

Nəriman Əzimov
Nəriman Abbasqulu oğlu Əzimov
Ümumi məlumatlar
Doğum tarixi 1 iyun 1936
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 19 noyabr 2016 (80 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, xanəndə
Janr muğam
Musiqi aləti tar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19911991
"Şöhrət" ordeni

Mündəricat

Həyatı

Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr etmişdir.

Nəriman Əzimov AzTR-nin Xor kollektivində xormeyster işləmişdir. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Həmçinin AzTV QSC səs rejissoru işləmişdir. N.Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanmışdır.

Ölümü

Uzun sürən ürək çatışmazlığından və xəstəlikdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat etmiş və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edilmişdir..

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 09.12.1982
  • Azərbaycan Respublikasının Xalq artisti — 1991
  • 7 noyabr 2016-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəriman Əzimov haqqında məlumat. Nəriman Əzimov nədir? Nəriman Əzimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abdomen

  • Fevral 27, 2026

    Yuxarı Qoşakilsə

  • Fevral 27, 2026

    34 (say)

  • Fevral 27, 2026

    Ədədlər nəzəriyyəsi

  • Fevral 27, 2026

    Tennis

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst