Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılm

Habbl qanunu

  • Ana Səhifə
  • Vikipediya
  • Habbl qanunu

Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir.

Qanun

İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir.

υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} {\displaystyle \upsilon =H\cdot D}

Burada D {\displaystyle D} {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir.

İsbatı

Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir:

  • mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi;
  • qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları;
  • Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti.

Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin.

1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir.

Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.

Dopler effektinə əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir. Belə çıxır ki, uzaqlaşmanın sürəti xətlərin sürüşməsi ilə, yəni məsafə ilə mütənasibdir.

Beləliklə, müəyyən edilmişdir ki, bütün qalaktikalar bir-birindən sürətlə aralanır.

Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, qalaktikalardan hər hansı birində yerləşən müşahidəçi üçün bütün istiqamətlərdə qalaktikaların hərəkət xarakteri eynidir, Kosmoloji Prinsipə əsaslanır, yəni Kainat bircinsli və izotropik olaraq genişlənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Habbl qanunu haqqında məlumat. Habbl qanunu nədir? Habbl qanunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahvəlli

  • Fevral 27, 2026

    Françesko Totti

  • Fevral 27, 2026

    Adıgey

  • Fevral 27, 2026

    Təhlükəsizlik siyasəti

  • Fevral 27, 2026

    Nottingem Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst