Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir.
| Florensiya Universiteti UNIFI | |
|---|---|
| |
| Əsası qoyulub | 1321 |
| Tələbə sayı | 40.000 |
| Ölkə | |
| Sayt | unifi.it |
| 43°46′39″ şm. e. 11°15′34″ ş. u.HGYO | |
![]() | |
Tarixi
Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi.
1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir.
1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir.
1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir.
Məkanı
Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir.
Fakültələri
Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir:
- Memarlıq fakültəsi;
- Edukoligiya fakültəsi;
- İqtisadiyyat fakültəsi;
- Əczaçılıq fakültəsi;
- Mühəndislik fakültəsi;
- Ədəbi-fəlsəfə fakültəsi;
- Fiziki-riyaziyyat fakültəsi;
- Tibbi cərrahlıq fakültəsi;
- Siyasi elmlər fakültəsi;
- Psixologiya fakültəsi;
- Hüquq fakültəsi;
- Kənd təsərrüfatı fakültəsi.
Tələbələri
Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Florensiya Universiteti haqqında məlumat. Florensiya Universiteti nədir? Florensiya Universiteti nə deməkdir?

