Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır. Onun adı Qədim Yunanıstanda Marafon döyüşü zamanı Marafon düzündən Afinaya qədər qaçmış Fidippid adlı bir elçidən ilhamlanaraq alınmışdır. Marafon qaçışı birinci dəfə 1896-cı ildə təşkil edilmiş olan Afina Olimpiya Oyunları zamanı olmuşdur. 1924-cü ildə isə qaçış məsafəsi 42.195 m olaraq qəbul edilmişdir. Beynəlxalq Həvəskar Atletika Federasiyası 1992-ci ildən etibarən 21. 100 m-lik məsafəyə qaçış üzrə yarım marafon dünya çempionatı təşkil edir. Marafon yarışları eyni keyfiyyətdə olmadığı üçün bu yarışın dünya rekordları yoxdur, yalnız ən yaxşı dərəcələri vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marafon haqqında məlumat. Marafon nədir? Marafon nə deməkdir?