Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sintezator — bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan (sintez edən) elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsu

Sintezator

  • Ana Səhifə
  • Vikipediya
  • Sintezator

Sintezator — bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan (sintez edən) elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsusiyyətlərini dəyişməklə (analoq sintezatorda) və mərkəzi prosessorun parametrlərini dəyişməklə (rəqəmsal sintezatorda) almaq mümkündür. Klaviatura da daxil olmaqla yalnız bir korpusdan ibarət sintezator klavişli sintezator adlanır. Klaviaturasız sintezator sintezator modulu adlanır və MIDI kontroller ilə idarə olunur. Əgər klavişli sintezatorda daxili sekvenser də mövcuddursa, buna workstation deyilir. Kompüter proqramı sintezator kimi istifadə olunursa, bu, sintezator proqramı adlanır.

Mündəricat

Sintezin növləri

Səs dalğasının generasiya metoduna görə sintezatorların bir sıra növləri var.

Additiv sintez

Additiv (toplanan) sintez, sadə səs dalğasının (əsasən sinusoidal) müxtəlif tezliklər və amplitudlarla superpozisiyası ilə reallaşan sintez metodudur.

Subtraktiv sintez

Subtraktiv (çıxılan) sintezdə səs, original dalğa fomasının müxtəlif filtrlərdən, envelop generatorlarından keçirilməsi ilə alınır. Müasir sintezatorlarda subtraktiv sintezdən geniş istifadə olunur.

FM sintezi

FM (tezlik modulyasiyası) sintezi, bir neçə sadə səs dalğasının qarşılıqlı təsiri (tezlik modulyasiyası və toplanma) ilə başa gələn sintez metodudur. FM sintezatoruna ən yaxşı misalYamaha DX7 sintezatoeudur.

Fiziki model sintezi

Fiziki model sintezi, güclü prosessorlar sayənsində hər hansı tipdə olan musiqi alətində gedən fiziki prosesləri simulyasiya etməklə reallaşan sintez metodudur.

Həmçinin bax

  • Sinti pop

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sintezator haqqında məlumat. Sintezator nədir? Sintezator nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Metafizika

  • Fevral 27, 2026

    III Xristian

  • Fevral 27, 2026

    Tetraedr

  • Fevral 27, 2026

    Sergey Xudyakov

  • Fevral 27, 2026

    Dayana Ross

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst