Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006-2024)
| Ağadadaş Ağayev | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 25 avqust 1956 (69 yaş) |
| Doğum yeri |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Fəaliyyət illəri | 1980-ci ildən |
| Janrlar | muğam, pop musiqisi |
| Mükafatları | |
Həyatı
Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977–1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Əməkdar artist (1998), xalq artistidir (2006). 4 oğlu (Kamil, Səbuhi, Seymur, Həmid), 1 qızı (Leyla) var.
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.
O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
2024-cü ilin iyul ayında haqqında cinayət işi açılıb. 12 yanvar 2025-ci ildə amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub və məhkumluğu götürülüb.
Filmoqrafiya
- Yerlə göy arasında (film, 1999)
- Tənha durna uçuşu (film, 2003)
Mükafatları
- 1981. "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi
Fəxri adları
- 1998. Əməkdar artist
- 2006. Xalq artisti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağadadaş Ağayev haqqında məlumat. Ağadadaş Ağayev nədir? Ağadadaş Ağayev nə deməkdir?