Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli

Holavar

  • Ana Səhifə
  • Vikipediya
  • Holavar

Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır.

Haqqında

Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi.

Məzmununa görə holavarlar üç qrupa ayrılır:

  1. Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar;
  2. İş heyvanlarını tərənnüm edən holavarlar;
  3. Cütçünü tərənnüm edən holavarlar.

Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur:

" Torpağa atdım tumu, broy,
Göyər səmənim, broy.
Döyək səməni, broy,
Broy, broy, broy...
"

Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir:

Öküzlər qoşa getdi,
Güc vurdu, daşa getdi.
Cütün macı qırıldı,
Zəhmətin boşa getdi.

Qara öküz aranda,
Çıxar gün qızaranda,
Hodaq murada çatar,
Torpaqdan bar alanda.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Holavar haqqında məlumat. Holavar nədir? Holavar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İnsult

  • Fevral 27, 2026

    Nazim Hikmət

  • Fevral 27, 2026

    Misir sultanlığı

  • Fevral 25, 2026

    Latın qrafikası

  • Fevral 27, 2026

    Bobruysk

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst