Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950).
| Hüseyn Nəcəfov | |
|---|---|
| |
| sentyabr 1940 – yanvar 1948 | |
| Əvvəlki | Kazım İsmayılov |
| Sonrakı | Yusif Yusifov |
| 6 mart 1950 – 20 sentyabr 1950 | |
| Sonrakı | Rza İsmayılov |
| 28 yanvar 1948 – 6 mart 1950 | |
| Əvvəlki | Rza İsmayılov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 yanvar 1907 |
| Doğum yeri | |
| Vəfat tarixi | 16 iyul 1967 (60 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.
1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmiş və həmin ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur.
Hüseyn Nəcəfov 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.
Hüseyn Nəcəfov SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (1-ci çağırış) və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. Müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Mərkəzi Komitə bürosunun üzvlüyünə namizəd olmuşdur.
Hüseyn Nəcəfov 1967-ci ildə Bakıda vəfat etmişdir.
Təltifləri
- "Lenin" ordeni — 25 fevral 1946
- "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945
- "Qırmızı Ulduz" ordeni — 1945
- "Qafqazın müdafiəsinə görə" medalı — 1944
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Həmçinin bax
- Naxçıvan rəhbərlərinin siyahısı
- Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Nəcəfov haqqında məlumat. Hüseyn Nəcəfov nədir? Hüseyn Nəcəfov nə deməkdir?
