| Bu məqalə İmişli şəhəri haqqındadır. Rayon üçün İmişli rayonu səhifəsinə baxın. |
İmişli — Azərbaycan Respublikasının İmişli rayonunun İmişli şəhər inzibati ərazi dairəsində şəhər, İmişli rayonunun inzibati mərkəzi.
| Şəhər | |
| İmişli | |
|---|---|
| |
| 39°52′11″ şm. e. 48°03′36″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 8 avqust 1930 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 0 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ3000 |
| Digər | |
| imishli.com | |
![]() İmişli | |
Tarixi
1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır.
İqtisadiyyatı
2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir.
Əhali
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
| ||||||||||||||||||||||||||||||
Görkəmli şəxsləri
- Ümüdvar Quliyev -- Heydər Əliyev adına Hərbi institutun rektoru. Qarabağ ordeni ilə təltif olunub.
- Müseyib bəy Əxicanov — Azerbaycan Demokratik Cumhuriyyetinin qurucularından biri, Bakı quberniyasının qubernatoru.
- Vüsal Qasımlı — Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, İqtisad elmləri doktoru, professor.
- İltizam Əkbərli — İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı.
- Xanhüseyn Kazımlı — Milli Məclisin deputatı.
- Nuşirəvan Məhərrəmli — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.
- Bəhram Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru.
- Niyaməddin Musayev — Müğənni, aktyor.
- Səyyad Aran — Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu.
- Şamil Hüseynov — Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı.
- Akif Təvəkküloğlu — Milli Məclisin mətbuat katibi.
- Qəşəm Nəcəfzadə — Şair.
- Simarə İmanova — Xanəndə
- Elmira Qasımova — Milli Məclisin keçmiş deputatı.
- Nazim Zahid — Şair. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmişli haqqında məlumat. İmişli nədir? İmişli nə deməkdir?


