Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; 22 iyun 1942, Aşağı Rəfədinli, Qaryagin rayonu – 1998, Bakı) — bəstəkar, şair, tarzən və gitaraçı.

Bəhram Nəsibov

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhram Nəsibov

Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; 22 iyun 1942, Aşağı Rəfədinli, Qaryagin rayonu – 1998, Bakı) — bəstəkar, şair, tarzən və gitaraçı.

Bəhram Nəsibov
Bəhram Paşa oğlu Nəsibov
Ümumi məlumatlar
Doğum tarixi 22 iyun 1942(1942-06-22)
Doğum yeri
  • Aşağı Rəfədinli, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1998(1998) (55–56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, gitaraçı, şair, tarzən
Musiqi alətləri tar, gitara

Mündəricat

Həyatı

Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 12 yaşı olanda atasını itirir. 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.

1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, 1998-ci ildə vəfat edib.

Repertuarındakı musiqilər

  • Ay dəli ceyran!
  • Ay gecikən məhəbbətim
  • Ay sevgilim, hardasan?
  • Bacılar
  • Bəxtəvər gəlin
  • Deyin, hardadır!
  • Dənizdə qağayı
  • Eşqimin baharı
  • Ey anam Bakı!
  • Gecələr
  • Gəl, inad etmə böylə!
  • Gözləri xumarım
  • Gözləyirəm yolunu
  • Güldən incəsən
  • Xatirəsən
  • Xatırla məni (Barı yada sal mənə)
  • İlk müəllimim
  • Qadan mən alım / İlk baharımsan
  • Qal, sənə qurban!
  • Qarabağ
  • Qayıt, sevgilim
  • Mələksən
  • Nədən yad olmuşam?
  • Nədir xəyalın?
  • Ötən gənclik
  • Peyman etdik
  • Saf eşqim
  • Sahildə
  • Sevdalı yar
  • Sevimli dilbərim
  • Sən güləndə
  • Sən də həmdəm, mən də həmdəm
  • Səni qəmli görəndə
  • Sənsiz yaşaya bilmirəm
  • Vəfalısan, gözəlim
  • Var gülüşündə
  • Vuruldum, ay qız!..
  • Yad ellərdə
  • Yar gəldi
  • Yoxdur cahanda

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəhram Nəsibov haqqında məlumat. Bəhram Nəsibov nədir? Bəhram Nəsibov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaşqay dili

  • Fevral 27, 2026

    Güc (fizika)

  • Fevral 27, 2026

    Doj

  • Fevral 24, 2026

    Siyasət

  • Fevral 27, 2026

    İker (nom)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst