Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərr

Həbib Rəhimoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Həbib Rəhimoğlu

Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971).

Həbib Həsənov
Azərbaycan SSR meşə təsərrüfatı naziri
16 yanvar 1981 – 1 sentyabr 1988
Əvvəlkiözü (komitə nazirliyə çevrilib)
Sonrakınazirlik ləğv edilib
Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri
27 mart 1980 – 16 yanvar 1981
ƏvvəlkiMehdi Mustafayev
Sonrakıözü (komitə nazirliyə çevrilib)
Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi
1974 – mart 1980
SonrakıHeybət Tahirov
Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini
Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi
1956 – 1960
ƏvvəlkiAleksan Kirakosyan
SonrakıHüseyn Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 avqust 1922(1922-08-05)
Doğum yeri
  • Ağzıbir, Yeni Bəyazid qəzası, Ermənistan SSR, ZSSRFİ
Vəfat tarixi 2004(2004) (81–82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1945–1991)
Fəaliyyəti dövlət xadimi
Təltifləri "Lenin" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni
Ermənistan SSR əməkdar jurnalisti

Mündəricat

Həyatı

Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur.

1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.

1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir.

1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.

Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Ermənistan SSR əməkdar jurnalistidir.

"Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.

Yaradıcılığı

H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir. Yeni tarixi faktlarla zəngin olan bu əsərdə qədim Oğuz diyarının – Qərbi Azərbaycanın — İrəvan xanlığında (sonrada İrəvan quberniyası, Ermənistan SSR adlandırılan diyarda) son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyadan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. İlk dəfə olaraq bu kitabda Ermənistan ərəzisində olan və yer üzündən adları silinmiş 650 azərbaycan kəndlərinin və rayonlarının təsnifatı verilmiş, bu ərazilərin qədimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni, 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir ki, bu da azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında sübuta yetirir.

Kitabları

  • Silinməz adlar, sağalmaz yaralar… . Bakı: Azərnəşr, 1997.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həbib Rəhimoğlu haqqında məlumat. Həbib Rəhimoğlu nədir? Həbib Rəhimoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Dəri dili

  • Fevral 23, 2026

    24 yanvar

  • Fevral 27, 2026

    Katexçay

  • Fevral 27, 2026

    1649-cu il

  • Fevral 27, 2026

    SSRİ himni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst