Muxtar Bahadur oğlu Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi (2025-ci ildən), 2018–2025-ci illərdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti.
| Muxtar Babayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 5 fevral 2025-ci ildən | |
| 23 aprel 2018 – 5 fevral 2025 | |
| Əvvəlki | Hüseynqulu Bağırov |
| Sonrakı | Rəşad İsmayılov |
Azərbaycan Alpinizm Federasiyasının prezidenti | |
Vəzifədədir | |
| 9 sentyabr 2022-ci ildən | |
| Əvvəlki | Nizami Mursaqulov |
| Sonrakı | Rəşad İsmayılov |
| 29 noyabr 2010 – 23 aprel 2018 | |
| Seçki dairəsi | IV və V çağırış — 43 saylı Sumqayıt |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 oktyabr 1967 (58 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | nazir, siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.
1991–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.
2018-ci ilin aprelin 23-də Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib. və 5 fevral 2025-ci ilədək bu vəzifədə işləyib. Prezidentin digər sərəncamı ilə həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.
Təltifləri
- "Tərəqqi" medalı — 19 sentyabr 2012.
- "Şöhrət" ordeni — 7 noyabr 2017.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxtar Babayev haqqında məlumat. Muxtar Babayev nədir? Muxtar Babayev nə deməkdir?
