Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.
| Aşağı Kürdmahmudlu | |
|---|---|
| |
| 39°35′22″ şm. e. 47°28′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Əhmədbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1932 |
| Nəqliyyat kodu | 19 |
![]() Aşağı Kürdmahmudlu | |

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası
Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır.
Tarixi
Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Aşağı Kürdmahmudlu bələdiyyəsi təşkil edilib.
2013-cü il yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.3-ci bəndinə əsasən: "Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilmişdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır.
Coğrafiyası
Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir.
Düzənlikdədir.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaztəchizat sektorunda 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmçinin bax
- Füzuli rayonunun Aşağı Kürdmahmudlu bələdiyyəsi
- Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi
- Yuxarı Kürdmahmudlu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Kürdmahmudlu haqqında məlumat. Aşağı Kürdmahmudlu nədir? Aşağı Kürdmahmudlu nə deməkdir?
