Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Braqi — Skandinav mifologiyasında şeir, müdriklik və natiqlik tanrısı. O, german-skandinav mifologiyasında olan tanrılar arasında sözün, poeziyanın və ədəbi sən

Braqi

  • Ana Səhifə
  • Vikipediya
  • Braqi

Braqi — Skandinav mifologiyasında şeir, müdriklik və natiqlik tanrısı. O, german-skandinav mifologiyasında olan tanrılar arasında sözün, poeziyanın və ədəbi sənətinin himayədarı sayılır. Braqi adətən Odin və Friqin oğlu kimi təsvir edilir. Həyat yoldaşı İdun, tanrılara əbədi gənclik bəxş edən sehrli almaların qoruyucusudur. Braqi, həm skaldların ilham mənbəyi, həm də Valhallada döyüşçüləri natiqliyi ilə ruhlandıran tanrı kimi tanınır.

Braqi
Mifologiya German-skandinav mifologiyası
Təsir sahəsi poeziya
Cinsi kişi[d]
Atası Odin
Qardaşı və bacısı Baldr, Tor, Vidar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Braqi adının etimologiyası qədim skandinav dilində olan bragr sözündən gəlir. Bu sözün əsas mənası "şeirin ən ali forması", həm də "mükəmməllik', "natiqlik" və "qəhrəmanlıq" kimi tərcümə olunur. Beləliklə, Braqi adı yalnız sənətini deyil, həm də hikməti və təsirli danışıq bacarığını da ifadə edir.

Əsrlər boyunca şairlər və yazıçılar öz sənədlərini Braqi ilə əlaqələndirmişlər. Skald ənənəsində "bragr-madr" ifadəsi "ən yaxşı kişi, seçilən qəhrəman" mənasında işlədilib ki, bu da Braqinin adının həm ədəbi, həm də etik dəyər daşıdığını göstərir.

Fiziki təsviri

Braqi adətən uzun, bığlı, müdrik, görkəmli yaşlı kişi kimi təsvir olunur. Onun bədəni runlarla örtülüb. Bu runlar şeir, sehr və hikmətin sirrini daşıyan müqəddəs yazılar sayılırdı. Runlarla ötürülmüş bədən təsviri Braqinin sözlərlə möcüzə yaratmaq gücünə işarədir.

Bəzi rəsmlərdə və təsvirlərdə o, lira və ya başqa musiqi aləti ilə göstərilir. Bu isə onun poeziya və musiqi ilə bağlılığını gücləndirir. Valhalla səhnələrində Braqi tez-tez əlində şərab qədəhi ilə döyüşçüləri qarşılayan, onlara şeirlər və hikmətli sözlərlə ölümsüzlük bəxş edən tanrı kimi təsvir olunur.

Mifologiyada rolu

Braqi, əsasən Valhallada öz rolu ilə tanınır. O, Odinin sarayına gələn döyüşçüləri qarşılayır və onlara şeirləri ilə ilham verir. Beləliklə, o, yalnız əyləncə deyil, həm də ruhani təlim və natiqlik gücü ilə qəhrəmanlıq ruhunu qoruyur.

Braqi həmçinin skald ənənənin tanrısıdır. Skaldlar şeir vasitəsilə tarixi hadisələri, qəhrəmanlıq dastanlarını və dini mərasimləri qoruyurdular. Onların sənəti Braqi ilə müqəddəsləşdirilmiş sayılırdı.

Onun həyat yoldaşı İdunun almaları tanrılara əbədi gənclikd bəxş edirdi. İki tanrı arasındakı bağ, şeir və gəncliyin, müdriklik və həyatın simvolik birləşməsi kimi ifadə olunur.

Mədəniyyətə təsiri

Braqi obrazı günümüzdə də skandinav mədəniyyətində böyük əhəmiyyətə malikdir. Norveç və İsveçdə şeir və ədəbiyyat mükafatları onun adı ilə bağlıdır. "Brageprisen" — Norveçdə verilən ən yüksək ədəbi mükafatlardan biridir və tanrının adını daşıyır.

Müasir ədəbiyyat və sənətdə Bragi ilham və yaradıcılığın rəmzi kimi təqdim olunur. Onun adı romanlarda, musiqi əsərlərində, hətta video oyunlarda tez-tez işlədilir. Skandinav ölkələrində poeziya festivalları zamanı tanrının adı tez-tez xatırlanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Braqi haqqında məlumat. Braqi nədir? Braqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vilhelm Peters

  • Fevral 23, 2026

    Qıpçaqlar

  • Fevral 27, 2026

    Hipparxiya

  • Fevral 24, 2026

    24 aprel

  • Fevral 27, 2026

    Papeete

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst