Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta diva

Aorta

  • Ana Səhifə
  • Vikipediya
  • Aorta

Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır. Ora da oksigenlə zənginləşmiş qan onurğa Aortasına yığılır. Onurğasızlarda (mollyusklarda, buğumayaqlılarda) ürəkdən çıxan iri damar Aorta adlanır.

Aorta
İnsan aortasının diaqramı
(Ön proyeksiya)
Arteriya diaqramı
Şəkil
Şəkil
Aortanın sxematik təsviri
Latınca aorta
Təchizatı Bütün üzv və orqanları
Başlanır Sol mədəcik
Şaxələri Aorta qövsü:
Tac arteriyalar
bazu-baş kötüyü
sol körpücükaltı arteriya
sol ümumi yuxu arteriyası
Döş aortası:
bronx şaxələri – rami bronchiales
qida borusu şaxələri – rami oesophagei
ürək kisəsi şaxələri – rami pericardiaci
orta divar şaxələri – rami mediastinales
III-XI dal qabırğaarası şaxələr – arteriae intercostales posteriores (III-XI)
diafraqmanın yuxarı arteriyaları – arteriae phrenicae superiores
Qarın aortası:
arteriae intercostales posteriores
aşağı və yuxarı çöz arteriyalaeı – arteria mesenterica inferior et superior
orta böyrəküstü arteriyaları – aa. suprarenales medii
ümumi qalça arteriyaları – aa. iliaca communis
diafraqmanın aşağı arteriyası – arteriae phrenicae inferior
bel arteriyaları – arteriae lumbales
tən orta oma arteriyası – arteria sacralis mediana
  • bax
  • müzakirə
  • redaktə

Həmçinin bax

  • Aorta qövsü
  • Aorta qapağı

Mənbələr

  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
  • Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
  • Anatomy: Embryologie [ölü keçid]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aorta haqqında məlumat. Aorta nədir? Aorta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Tərcüməçi

  • Fevral 23, 2026

    28 avqust

  • Fevral 24, 2026

    Motosikl

  • Fevral 23, 2026

    25 yanvar

  • Fevral 24, 2026

    Chordata

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst