Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Afonso (port. Afonso I de Portugal; təq. 1109, Qimaraynş[d] – 6 dekabr 1185, Koimbra, Portuqaliya krallığı) — Portuqaliya krallığının ilk kralı. Kastiliya və

I Afonso

  • Ana Səhifə
  • Vikipediya
  • I Afonso

I Afonso (port. Afonso I de Portugal; təq. 1109, Qimaraynş[d] – 6 dekabr 1185, Koimbra, Portuqaliya krallığı) — Portuqaliya krallığının ilk kralı. Kastiliya və Leon krallığının tabeliyindəki Portuqaliya qraflığının müstəqilliyini əldə edərək Portuqaliya krallığının əsasını qoydu. Bu səbəblə, bir çox yerli tarixi mənbədə Fateh (port. O Conquistador) və Bani (port. O Fundador) ləqəbiylə anılır.

I Afonso
port. Afonso I de Portugal
Portuqaliya qrafı
22 may 1112 – 25 iyul 1139
ƏvvəlkiBurqundiyalı Henri
I Portuqaliya kralı
26 iyul 1139 – 6 dekabr 1185
SonrakıI Sanço
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1109(1109)
Doğum yeri
  • Qimaraynş[d]
Vəfat tarixi 6 dekabr 1185(1185-12-06) (75–76 yaşında)
Vəfat yeri
  • Koimbra, Portuqaliya krallığı
Dəfn yeri
  • Santa Kruz monastrı[d]
Fəaliyyəti hökmdar[d], yazıçı, döyüşçü, inqilabçı
Atası Burqundiyalı Henri (Portuqaliya qrafı)
Anası Leonlu Tereza (Portuqaliya qrafinyası)
Uşaqları
  • I Sanço
Ailəsi Burqoniya sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burqundiya hersoqu I Robertin nəvəsi Henri və Kastiliya və Leon kralı VI Alfonsonun qızı Leonlu Terezanın ən kiçik övladı idi. Atasının ölümündən sonra formal olaraq taxt-taca sahiblənsə də, azyaşlı olması səbəbilə anası dövlət idarəsini ələ aldı. Ancaq onun Qalisiya əsilli sevgilisi Fernando Perez de Travanın təsiri altında olması yerli zadəganların etirazına səbəb olmuşdu. Nəticədə 1128-ci ildə anasının tərəfdarlarını məğlub etdi və onu siyasətdən təcrid edərək təkbaşına hakimiyyəti ələ aldı. Ətrafına topladığı yerli əyanların dəstəyilə 1139-cu ildə müstəqilliyini elan etdi və beləcə, ilk Portuqaliya kralı oldu.

1146-cı ildə Savoyya qrafı III Amadeyin qızı Matilda ilə evləndi və cütlüyün bu nigahdan yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. Bunlardan başqa kralın məşuqələrindən dünyaya gələn bir neçə nigahdan kənar övladı da vardı.

  • Urraka, Leon kraliçası
  • Tereza, Burqundiya hersoginyası
  • I Sanço, Portuqaliya kralı

Cənubdakı mavrlara qarşı uğurlu hərbi səfərlər tərtiblədi. 1147-ci ildə səlibçilərin yardımıyla, Santaren və Lissabon şəhərlərini fəth etdi. 1141-ci ilin yayında Leon krallığı üzərində parlaq qələbə qazandı və beləcə, Portuqaliya krallığının müstəqilliyi tanındı. Papa III Aleksandrdan aldığı 1179 tarixli əhdnamə ilə krallığının suverenliyini təmin etdi. 1185-ci ildə vəfat etdi və yerinə oğlu I Sanço taxta çıxdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Afonso haqqında məlumat. I Afonso nədir? I Afonso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Əbdülhəmid

  • Fevral 27, 2026

    Soqdian

  • Fevral 27, 2026

    Diopsid

  • Fevral 27, 2026

    Oser faciəsi

  • Fevral 27, 2026

    Çoson krallığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst