Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Öysüzlü

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Öysüzlü

Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Öysüzlü
40°56′56″ şm. e. 45°32′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 6.375 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6040
Yuxarı Öysüzlü xəritədə
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü

Mündəricat

Toponimikası

Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır.

Tarixi

1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur.

Tarixi abidələri

Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5190 Nəsib bəyin yaşayış evi XIX əsr Yuxarı Öysüzlü kəndi Memarlıq Yerli
5203 Dəyirman XIX əsr Yuxarı Öysüzlü kəndi Memarlıq Yerli
5204 Dəyirman XIX əsr Yuxarı Öysüzlü kəndi Memarlıq Yerli
5205 Türbə XIX əsr Yuxarı Öysüzlü
kənd qəbiristanlığı
Memarlıq Yerli
5206 Türbə XIX əsr Yuxarı Öysüzlü
kənd qəbiristanlığı
Memarlıq Yerli
5207 Məscid XIX əsr Yuxarı Öysüzlü kəndi Memarlıq Yerli
5209 Yusif bəyin yaşayış evi XIX əsr Yuxarı Öysüzlü kəndi Memarlıq Yerli
6048 "Koroğlu evi" qalası Orta əsrlər Yuxarı Öysüzlü kəndindən
2 km dağ tərəfdə
Arxeoloji Yerli
6049 Qəbiristanlıq Orta əsrlər Yuxarı Öysüzlü kəndi Arxeoloji Yerli
6275 Daş qoç fiquru Orta əsrlər Yuxarı Öysüzlü
kənd qəbiristanlığı
Daş-heykəltəraşlıq Yerli
6276 Daş qoç fiquru Orta əsrlər Yuxarı Öysüzlü
kənd qəbiristanlığı
Daş-heykəltəraşlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 5564 2753 2811
2009 ↗6375 ↗3171 ↗3204

Tanınmış şəxsləri

  • Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
  • Rauf Arifoğlu — azərbaycanlı jurnalist, "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə 1 №-li və 2 №-li Yuxarı Öysüzlü kənd kitabxana filialları, Yuxarı Öysüzlü kənd Mədəniyyət Evi, Yuxarı Öysüzlü poçt şöbəsi (AZ6040) fəaliyyət göstərir.

Təhsil

Kənddə Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi və Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Yuxarı Öysüzlü kənd 1 №-li körpələr evi-uşaq bağçası və Yuxarı Öysüzlü kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Yuxarı Öysüzlü kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Öysüzlü haqqında məlumat. Yuxarı Öysüzlü nədir? Yuxarı Öysüzlü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pinaceae

  • Fevral 27, 2026

    Fəryad

  • Fevral 27, 2026

    Artur Balfur

  • Fevral 27, 2026

    Əsas sümük

  • Fevral 23, 2026

    Astara rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst